İlham Əliyev Çilinin yeni Prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Çilinin yeni Prezidentini təbrik edib

17:30 - 22 / 12 / 2017
İlham Əliyev Çilinin yeni Prezidentini təbrik edib

Prezident İlham Əliyev Çili Respublikasının yeni seçilmiş Prezidenti Sebastian Pinyeraya təbrik məktubu ünvanlayıb.

Təbirkdə deyilir: "Hörmətli cənab Pinyera, Çili Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycan ilə Çili arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çili xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

1news.az  

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər