Masazıra elektrik enerjisinin verilişində fasilələr yaranacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Masazıra elektrik enerjisinin verilişində fasilələr yaranacaq

10:34 - 22 / 12 / 2017
Masazıra elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bu gün Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə 1news.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, 110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq  yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq 22 dekabr tarixində saat 12:00-dan 15:30-a qədər  Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

1news.az

 

Paylaş:
1070

Son xəbərlər

Bütün xəbərlər