Ləğv edilmiş DəmirBank-ın əmanətçilərinin nəzərinə | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ləğv edilmiş DəmirBank-ın əmanətçilərinin nəzərinə

16:31 - 23 / 12 / 2017
Ləğv edilmiş DəmirBank-ın əmanətçilərinin nəzərinə

Lisenziyası ləğv edilmiş "DəmirBank" ASC-nin əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaq.

1news.az-ın verdiyi xəbərə görə, digər öhdəliklərin qaytarılmasına dair işlər qanunvericilik çərçivəsində ləğvedici təyin edildikdən sonra müvafiq növbəlilik prinsipinə əsasən aparılacaq.

Əmanətçilər əlavə məlumat üçün 149 qısa nömrəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası ləğv edilib.

S.Xankişiyeva

 

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər