Çin Xalq Respublikasının sədri İlham Əliyevi doğum günü münasibətilə təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Çin Xalq Respublikasının sədri İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

11:36 - 24 / 12 / 2017
Çin Xalq Respublikasının sədri İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik etməyi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər dinamik inkişaf edir, ölkələrimizin qarşılıqlı siyasi etimadı möhkəmlənir, hər iki ölkə əsas mənafeləri ilə bağlı məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir. İqtisadiyyat, ticarət, humanitar və başqa sahələrdə əməkdaşlıq inkişaf edir. “Bir kəmər, bir yol” layihəsinin müştərək tikintisində əməkdaşlıqda ilkin nəticələr əldə edilib.

Mən dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. İki ölkənin xalqlarının rifahı naminə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğa əsaslanan əməkdaşlığın dərinləşməsi üçün Sizinlə birlikdə səy göstərmək istəyirəm.

Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm”.

S.Xankişiyeva

 

Paylaş:
676

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər