Bakı Ürək Mərkəzində unikal əməliyyat icra olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ürək Mərkəzində unikal əməliyyat icra olunub

14:55 - 26 / 12 / 2017
Bakı Ürək Mərkəzində unikal əməliyyat icra olunub

Anadangəlmə ürək qüsuru olan uşaqların müalicəsi istiqamətində son illər görülən tədbirlər öz müsbət nəticəsini verir.

1news.az-a Mərkəzdən verilən xəbərə görə, aparılan unikal əməliyyatlar uşaqların sağlam gələcəyinə zəmin yaradır. Bu sahədə nail olunmuş uğurların sayı günbəgün artır.

Bu uğurların davamı kimi, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürәk Mәrkәzindә çox nadir rast gәlinәn ürәk qüsuru olan pasiyent uğurla əməliyyat olunub. İki Qövslü Aorta diaqnozu ilә daxil olmuş, 1.5 yaşlı Mәmmәdov Ömәr üzәrindә əməliyyatı ürək-damar cərrahı, t.ü.e.d. Dr. Rəşad MAHMUDOV icra edib.

Məlumat verilib ki, bu ürək qüsurunun rastgәlmә tezliyi dünya üzrә 0.7- 1% tәşkil edir. Əməliyyat edilmiş bu xәstәdә olduğu kimi, belə xәstәlәrin әsas şikayәtlәri tez-tez yuxarı tәnәffüs yollarının infeksiyasına yoluxma, traxeyanın sıxılması nәticәsindә stridoroz tәnәffüs, qida borusu sıxıldığı üçün sәrt qida qәbul edә bilmәmәkdәn ibarәtdir.

1.5 yaşına qədər normal qidalanması mümkün olmayan və çox zaman nazoqastral zond vasitəsilə qidalanan və tez-tez ağciyər infeksiyaları ilə uzunmüddətli xəstəxanalarda yatmağa məcbur qalan bu uşaqda əməliyyatın unikallığı həm aort damarı üzərində olan cərrahi ilə birlikdə, eləcə də qida borusu və tənəffüs yollarının rekonstruktiv prosedurları tətbiq olunub. Əməliyyat dünyada qəbul olunan qısa müddətdə, erkən bir şəkildə aparatdan ayrılması ilə öz unikallığını qoruyur. Әmәliyyatdan 1 saat sonra xәstә ekstubasiya olunub, ertәsi gün isә palataya köçürülüb. Hazırda uşağın qidalanması və tənəffüs almasında var olan problemlər tamamilə ortadan qalxmış vəziyyətdədir. Uşaq problemsiz şəkildə evə yazılıb.

S.Xankişiyeva

 

 

 

 

 

Paylaş:
688

Son xəbərlər

Bakıda Azərbaycan və Rusiya baş nazirləri arasında görüş olub - FOTO13 / 11 / 2024, 17:48Prezident Administrasiyasının rəhbəri Tokionun qubernatoru ilə görüşüb13 / 11 / 2024, 17:46İlham Əliyev Rusiya Hökumətinin Sədri ilə görüşüb13 / 11 / 2024, 17:42COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB13 / 11 / 2024, 17:34“Beynəlxalq Sıfır Emissiya Adaları Əməkdaşlığı” - Çinin COP29 pavilyonunda konfrans - FOTO13 / 11 / 2024, 17:28Dövlət başçısı İranın vitse-prezidenti ilə görüşüb13 / 11 / 2024, 17:24İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb13 / 11 / 2024, 17:17COP29-un ikinci günü üçün sərnişindaşıma sayı açıqlanıb13 / 11 / 2024, 17:05Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 16:38İlham Əliyev Ruanda Prezidenti ilə görüşüb13 / 11 / 2024, 16:35Rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA13 / 11 / 2024, 16:18Azərbaycan Prezidenti Konqo Prezidenti ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 16:10Dünyaca məşhur futbolçu Ronaldinyo COP29-da - FOTO13 / 11 / 2024, 15:58İlham Əliyev Toqo Prezidenti ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 15:32COP29 çərçivəsində “Silk Way Alat Free Economic Zone” şirkəti və ICAO arasında yaşıl hava limanı və karqo kəndinə dair strateji razılaşma imzalanıb13 / 11 / 2024, 15:17Sabahdan Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilir13 / 11 / 2024, 15:13Kamaləddin Qafarov: “Azərbaycan Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib”13 / 11 / 2024, 15:01Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və Asarel Energy arasında Birgə İnkişaf Sazişi” imzalanıb - YENİLƏNİB13 / 11 / 2024, 14:55İlham Əliyev və Şavkat Mirziyoyev videobağlantı vasitəsi ilə Xankəndidə tikiş fabrikinin açılışında iştirak ediblər - YENİLƏNİB13 / 11 / 2024, 14:43Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub - YENİLƏNİB13 / 11 / 2024, 14:40
Bütün xəbərlər