Azərbaycanda yaşayış minimumu artırıldı | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanda yaşayış minimumu artırıldı

15:56 - 26 / 12 / 2017
Azərbaycanda yaşayış minimumu artırıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" qanunu təsdiq edib.

1news.az xəbər verir ki,  qanuna əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilir.

Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2017-ci ildə yaşayış minimumu 155 manat təşkil edir.

1news.az

Paylaş:
876

Son xəbərlər

Bütün xəbərlər