Prezident İlham Əliyev Rusiyada işgüzar səfərdədir - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Rusiyada işgüzar səfərdədir - FOTO

20:35 - 26 / 12 / 2017
Prezident İlham Əliyev Rusiyada işgüzar səfərdədir - FOTO

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəldi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamladı.

Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.

Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü oldu.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Sonda Rusiya Prezidenti Vladimir Putinin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.

1news.az

Paylaş:
1283

Son xəbərlər

Bütün xəbərlər