Samsung-dan yeni Galaxy A8 və A8+ smartfonları | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung-dan yeni Galaxy A8 və A8+ smartfonları

10:20 - 11 / 01 / 2018
Samsung-dan yeni Galaxy A8 və A8+ smartfonları

Yeni il təlaşı səngimədən hər bir yana Samsung şirkətinindən yenilik xəbəri yayıldı. Bu, Azərbaycan bazarından da yan keçməyən Galaxy A8 və A8+ smartfonlar xəttinin təqdimatıdır. Bu yeni xətt Azərbaycan bazarında  yanvar  ayının axırında istifadəyə çıxarılacaq.

A8 və A8+  smartfonları “sərhədsiz” displey ilə təchiz olunub. Lakin, əvvəlki modellərdən fərqli olaraq, bu A seriyasında istifadə olunan ən böyük ekrandır. Şübhəsiz ki, belə geniş bir displeyin həm film seyrində, həm də adi iş prosesində üstünlükləri çoxdur.

2017-ci ilin A seriyasında istifadə edildiyi kimi yeni smartfonların dizaynında da vəznli və axarlı, zərif xətlərdən istifadə olunub. Yüksək erqonomikası sayəsində hər iki smartfon əldə rahat yerləşir. Metaldan ərzəyə gətirilmiş yan çərçivə isə smartfonlara  incəlik və premiallıq hissi bəxş edir. Yüksək keyfiyyətli plastik və şüşədən hazırlanmış arxa panel hər toxunuşda zərif təəssürat yaşadaraq, cihazların incə obrazını tamamlayır.

Yeni smartfonlar hazırda bazarda mövcud olan ən yaxşı ikili ön kamera ilə təchiz olunacaqlar. İki frontal kamera tək kameranın qeyd edə bilmədiyi hər bir detalı və incəliyi məharətlə əks etdirəcək. İndi bir çoxlarının bəyəndiyi  və geniş istifadə etdiyi “Boke” effektini həm də selfilərdə tətbiq etmək olacaq. Həmçinin, “Live Focus” funksiyası sayəsində kameranız həqiqətən vacib olan detalları qeyd edəcək. Buraya  geniş stiker dəstinin istifadəsini və bir çox “beauty” effektinin tətbiq edilə bilməsini də əlavə etsək, smartfonunuzda yerşləşdirilmiş tam funksional və qüsursuz fotoaparata yiyələnmiş olursunuz. Əsas kamera isə işığa həssas obyektiv ilə təchiz olunaraq, hətta, zəif  işıq şəraitində belə, parlaq və aydın şəkillər çəkməyə imkan yaradacaq.

Yeni smartfonlarının işləmə prosesinə nəzər yetirsək, burada təkmilləşdirilmiş xüsusiyyətlər, yenilənmiş imkanlar və güclü prosessorla üzləşərik. Bu parametrlərin hər biri Galaxy A8 və A8+-un həqiqətən sürətli və multifunksional cihaz olmalarına işarədir.

Sözsüz ki, Galaxy A8 və A8+ smartfonları istifadəçiləri sevindirərək mobil cihazlar bazarında öz xüsusi yerlərini tutacaqlar. Sizi bilmirəm, amma mən 2018-ci ilin “İlkini” səbirsizliklə gözləyirəm.

Samsung Galaxy A8 və A8+ smatrfonları haqqında əlavə məlumatla Baku Electronics, Irshad Telecom, Kontakt Home, Maxi.Az və Soliton mağazalar şəbəkəsində tanış ola bilərsiniz.

Reklam hüququnda

Paylaş:
1635

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTOBu gün, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndikBu gün, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilibBu gün, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edibBu gün, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTOBu gün, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunurBu gün, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTOBu gün, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıbBu gün, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgiBu gün, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəmBu gün, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıbBu gün, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTOBu gün, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!Bu gün, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıbBu gün, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOBu gün, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model MüəssisəsiBu gün, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31
Bütün xəbərlər