“Zülmət kraliçası” və yaxud Afrika modasının yeni siması – FOTO
Bu gün təbiilik yenidən moda sahəsinə geri qayıtmağa başlayıb. Modelyer qızlar kosmetik vasitələrdən daha az istifadə edərək mümkün qədər təbii görünməyə çalışırlar.
Bununla yanaşı Afrika gözəlliyi də getdikcə daha çox tələbat toplamağa başlayıb. Təmiz tünd dəri, cazibədarlıq, kəskin baxışlar daha çox insanı valeh edir.
Məlum olduğu kimi, Afrika modasına ən böyük təkanı dünya şöhrətli model Naomi Kempbel verib. Sudandan olan Niakim Qatveç hazırda onun ən yaxşı davamçısı adlandırılır.
Tez bir zamanda məşhurluq qazanan 24 yaşlı qızı moda nümayişlərinə dəvət olunmağa başladı. Dərisinin rəngi o qədər tünddür ki, ona “Zülmət kraliçası” adını veriblər.
Şübhəsiz, gənc qız qeyri-adi gözəlliyə və güclü iradəyə malikdir. Moda karyerasının zirvıəsinə gedən yolda üzləşdiyi bütün çətinliklərin, tənqidlərin öhdəsindən məharətlə gəlir. Bununla yanaşı Qitviç başqalarını da güclü olmağa, çətinliklərdən qorxmamağa çağırır.
Bir çox moda mütəxəssisləri onun gözəlliyini, xarakterini yüksək qiymətləndirirlər və inanırlar ki, gənc “Zülmət kraliçası”adını böyük moda tarixinə yazdırmağa nail olacaq.
1news.az