Qarabağ veteranından qəribə plan: Xocalıya da belə getmək niyyətindədir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ veteranından qəribə plan: Xocalıya da belə getmək niyyətindədir – FOTO

15:07 - 18 / 01 / 2018
Qarabağ veteranından qəribə plan: Xocalıya da belə getmək niyyətindədir – FOTO

Uşaqların təhsil almaları üçün çoxumuz əlimizdən gələni edirik. Öncə övladlarımızın təhsil müəssisəsinə gediş-gəlişini asanlaşdırmağa çalışırıq.

Büdcəmizin imkan verdiyi təqdirdə, onlar üçün taksi tuturuq, çox vaxt iş-gücümüzü kənara atıb, özümüz aparıb-gətiririk məktəbə.

Təbii ki, bunlar daha çox şəhər və rayon mərkəzlərində təhsil alan uşaqlara aiddir. Çünki kənd məktəblərində oxuyan uşaqların, demək olar ki, hamısı məktəb yolunu piyada qət edirlər. Təbii ki, payız və qış aylarında bunun xüsusi çətinlikləri olur.

Masallı rayonunun Xanalion kənd sakini Əkrəm Cabbarov isə bu çətinliyi aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, Qarabağ müharibəsi veteranı və 2-ci qrup əlil olan Əkrəm həm öz uşaqlarını, həm də ətrafda yaşayan uşaqları məktəbə aparıb-gətirmək üçün velofayton (arxasına fayton quraşdırılmış velosiped) yaradıb.

1news.az-ın Sputnik Azərbaycan-a istinadla verdiyi xəbərə görə, Ə.Cabbarov bununla həm də çoxdankı arzusunu reallaşdırdığını deyir:

"Uşaqları sevindirmək üçün bunu yaratdım. Əvvəldən arzu edirdim ki, uşaqları məktəbə aparıb-gətirmək üçün bir vasitə yaradım. Yəni həm öz uşaqlarımı, həm də qonşu uşaqları, xüsusən də məktəbdən uzaqda yaşayan uşaqları aparıb-gətirmək üçün nəqliyyat vasitəsi yaratmaq istəyirdim".

"Allaha çox şükür ki, bunu yarada bildim. Buna görə də böyük həvəslə başladım işə və təxminən 25-30 günə ərsəyə gətirə bildim. 300 manata yaxın pul xərclədim velofaytonuma. Velofayton düzəldəndə qətiyyən qaynaqdan istifadə etmədim. Yalnız bolt, qayka istifadə etmişəm. Yeni il ərəfəsində isə uşaqlar əylənsinlər deyə velosipedi bəzədim ki, uşaqları məktəbə bayram əhval ruhiyyəsi ilə aparıb-gətirim" - müsahibimiz danışır.

İxtiraçı indi də ən böyük arzusunun düzəltdiyi velofaytonla Qarabağa səfər etmək olduğunu bildirir:

"İndi ən böyük arzum, işğal altında olan Şuşa, Kəlbəcər, Xocalı və Laçın azad edildikdən sonra bu velofaytonla o torpaqlara səyahət etməkdir. Mən bu arzumun həyata keçməsini Allahdan istəyirəm. İnşallah prezidentimiz əmr verər və torpaqlarımız tezliklə geri alınar".

Əkrəm Cabbarov bu tip velosipedlərdən gələcəkdə kənd təsərrüfatında istifadə etmək üçün düzəldəcəyini də qeyd edir "Bir planım var, gələcəkdə başqa bir velosiped alım və onu təsərrüfatda istifadə etmək üçün, yəni torpaq şumlamaq üçün düzəldim. Velosipedə kotan qoşmaq fikrim var. Traktorların torpaq şumlamasını görmüsünüz yəqin. Kartof, soğan və digər tərəvəzlərin əkini üçün motorlu velokotan hazırlamaq istəyirəm və yaxın gələcəkdə onu da düzəltməyə başlayacam".

Həmsöhbətimiz onu da əlavə edir ki, toy karvanında da bəylə gəlini aparmaq üçün bu velofaytondan istifadə edəcək və artıq yayda baş tutacaq iki toy üçün sifariş var.

S.Xankişiyeva

Paylaş:
590

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər