20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib – FOTO

17:21 - 18 / 01 / 2018
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

1news.az xəbər verir ki, Fondun icraçı direktoru Elçin Babayev tədbiri açaraq 20 Yanvar faciəsinin Azərbaycan Respublikasının müstəqillik tarixindəki rolunu qeyd edib:

“20 Yanvar keçmiş Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış ağır cinayətdir, bunu unutmaq olmaz. Lakin “20 Yanvar” terror və ona qarşı mübarizə ilə yanaşı, Azərbaycan xalqının mübarizliyini, həmrəyliyini, əzmini, qəhrəmanlığını, Vətənə olan sevgisini də təcəssüm etdirir. Bu tarixə xalqın mübarizə ruhunun daha da qüvvətlənməsinə səbəb olaraq sonu müstəqilliyə aparan bir yolun başlanğıcı kimi baxmaq lazımdır. Buna görə də bu günü “Qızılı Yanvar” da adlandıra bilərik”.

Elçin Babayev ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələri zamanı göstərdiyi güclü siyasi iradəni xüsusi qeyd edib, bu faciənin xüsusi detallarının gələcəkdə daha da dərindən araşdırılacağına əmin olduğunu bildirib.

Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi-təşkilat şöbəsinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli də çıxış edərək 20 Yanvar hadisəsinin siyasi, hüquqi və sosial aspektlərindən danışaraq bu günün gənc nəsil üçün vətənpərvərlik örnəyi olmasını qeyd ediblər.

Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr edilmiş qısa film nümayiş etdirilib.

1news.az

Paylaş:
872

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər