Bakı metrosunda qatar tuneldə qalıb, intervalda gecikmələr var - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda qatar tuneldə qalıb, intervalda gecikmələr var - YENİLƏNİB

20:39 - 19 / 01 / 2018
Bakı metrosunda qatar tuneldə qalıb, intervalda gecikmələr var - YENİLƏNİB

Bakı Metropoliteninə məxsus “Həzi Aslanov”- “Dərnəgül” istiqamətində hərəkətdə olarkən tuneldə qalan 35 saylı qatarda yaranan problem aradan qaldırılıb.

Bu barədə 1news.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. N.Paşayev bildirib ki, qatarda yaranmış problem tam aradan qaldırılıb və depoya yola salınıb: “Hazırda qatarların hərəkətində fasilələr yaranıb. Çalışırıq ki, intervalda olan gecikmələri aradan qaldıraq”.

19:59

“Həzi Aslanov” – “Dərnəgül” istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb”.

Bu barədə 1news.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, qatarda baş verən nasazlığa görə sərnişinlər “28 May” metrostansiyasında boşaldılıb:

“Saat 18:45-də “Nizami” stansiyasından qatarı geri depoya göndərdik. Təəssüf ki, qatar indi də “28 May”- “Gənclik” stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxartmağa çalışırıq”, - deyə N. Paşayev bildirib.

1news.az

Paylaş:
814

Son xəbərlər

Bütün xəbərlər