Ədliyyə Nazirliyində islahatlar: 10 nəfər vəzifədən azad olundu

Ötən il fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına görə Ədliyyə Nazirliyi İcra xidmətinin 31 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
1news.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində İcra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirilib.
O cümlədən 5 əməkdaşın ədliyyə orqanlarında qulluğuna xitam verilib, 10 nəfər isə tutduğu vəzifədən azad edilib.
1news.az
722