Fransa səfirliyi Bakıda "İdeyalar gecəsi" keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Fransa səfirliyi Bakıda "İdeyalar gecəsi" keçirəcək

11:59 - 22 / 01 / 2018
Fransa səfirliyi Bakıda "İdeyalar gecəsi" keçirəcək

Fransız İnstitutu (İnstitut Français) yanvarın 25-də dünyada eyni gündə keçirilən "İdeyalar gecəsi"nin (Nuit des İdées) 2-ci buraxılışını təqdim edəcək. Bu tədbir intellektualları, tədqiqatçıları, sənətkarları və "Təxəyyülün hökmranlığı" mövzusunda qərarverici məsul şəxsləri bir araya toplayır.

Bu barədə 1news.az-a Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfirlik və Azərbaycan Fransız İnstitutu "Memar, sənətkar və vətəndaş: şəhəri düşünmək" mövzusu ətrafında müzakirələrdə hər kəsi fəal iştirak etməyə dəvət edir. Müzakirələr tədbirin partnyoru YARAT Müasir İncəsənət Məkanında baş tutacaq.

Son onillikdə iqtisadi inkişaf sayəsində Bakının siması tamamilə dəyişilib. Yeni müasir yaşayış məntəqələri və xüsusi üslubda tikilən mədəniyyət ocaqları buna bir nümunədir. "Fikirlər gecəsi - 2018" Bakı əhalisinin artımı və şəhərin genişlənməsi nəticəsində yaranan yeni perspektivlər və layihələr haqqında müzakirələr aparmağı təklif edir. Tədbir boyunca şəhərin bu günü və sabahı, eləcə də cəmiyyətdə əlverişli yaşayış şəraiti yaratmaq bacarığı haqda danışılacaq.

Sənətkarları, memarları, şəhərsalma mütəxəssislərini, tələbələri və bu mövzu ilə maraqlanan bütün insanları, Bakı şəhərinin inkişafı və mədəni irsinin qorunmasında təxəyyülün yeri və rolu haqda debatlara dəvət edirik.

Müzakirələr Azərbaycan və rus dillərində aparılacaq (fransız dilinə sinxron tərcümə ilə).Tədbirin moderatoru Fransanın Azərbaycandakı səfirliyinin mədəni işlər üzrə müşaviri Yoan Şittererdir.

Fransız memarı, Buffi Associés Memarlıq və şəhərsalma Agentliyin təsisçisi və direktoru Jan-Pyer Buffi, fransız memarı Andrea Dö Fransi, memar, Baku Memarlıq Klubunun rəhbəri, Bakının mərkəzi küçələrinin yenidən qurulması layihələrinin məsul şəxsi Elçin Əliyev, İncəsənət xadimi və sərgi kuratoru Sabina Şıxlinskaya, "Pillə" memarlar və şəhərplanlayıcılar təşkilatının nümayəndəsi Müslim İmranlı müzakirələrdə çıxış edəcəklər.

P.Sultanova

 

Paylaş:
819

Son xəbərlər

Bütün xəbərlər