Xəstəlik azərbaycanlı müğənnini bu hala saldı - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Xəstəlik azərbaycanlı müğənnini bu hala saldı - FOTO

14:54 - 23 / 01 / 2018
Xəstəlik azərbaycanlı müğənnini bu hala saldı - FOTO

Azərbaycanlı müğənni Türkan Heydərovanın səhhəti pisləşib.

1news.az  xəbər verir ki,  bu barədə Lent.az-a ifaçının anası məlumat verib. Onun dediyinə görə, qızı artıq 20 gündən çoxdur ki, ağır xəstəlikdən əziyyət çəkir: "Gündə iki dəfə bərk ağrıları olur və boğulmalar baş verir. Bir neçə dəfə təcili yardım çağırmağa məcbur qalmışıq. Həkimlərin verdiyi rəyə görə, qızım allergiya və astma xəstəliyindən əziyyət çəkir. Ancaq bunun hansı səbəbdən baş verdiyi məlum deyil. Gün ərzində bir neçə dəfə xəstəlik ucbatından boğulmalar olur. Əgər bu boğulmalar gecələr yatılı halda baş verərsə, Türkan üçün ağır nəticələnə bilər. 

Bu günlərdə müalicəsi davam edir və təəssüf ki, səhhətində müsbətə doğru irəliləyiş yoxdur. Əksinə üzündə və ayaq hissələrində şişmələr baş verir. Üzündə olan şişmələrə görə Türkan artıq tanınmaz hala düşüb. Ayaqlarında olan şişlərdən isə ayaqları gün ərzində bir neçə saat tutulur. Hazırda qızımın güclü həkim mütəxəssislərə ehtiyacı var. Əks halda yaxın zamanda xarici ölkələrin birində müalicə etdirmək məcburiyyətində qalacam.”

Qeyd edək ki, T.Heydərova “Yeni ulduz-6” telelayihəsinin iştirakçısı, bundan başqa  “Lider” TV-də yayımlanan “Maqazin” verilişinin aparıcısı olub. 

1news.az 

 

Paylaş:
2331

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər