Millimizin UEFA Millətlər Liqasında rəqibləri müəyyənləşib - FOTO | 1news.az | Xəbərlər
Futbol

Millimizin UEFA Millətlər Liqasında rəqibləri müəyyənləşib - FOTO

15:50 - 24 / 01 / 2018
Millimizin UEFA Millətlər Liqasında rəqibləri müəyyənləşib - FOTO

Bu gün İsveçrənin Lozanna şəhərində UEFA-nın yeni layihəsi olan Millətlər Liqasının ilk mövsümünün püşkatma mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, quruma üzv olan 55 ölkənin millisi 2018/19 mövsümünün qalibi adı uğrunda mübarizədə rəqiblərini tanıyıb.

“D” liqasında mübarizə aparacaq Azərbaycan milli komandası püşkün nəticələrinə görə III qrupda yer alıb. Yığma komandamızın rəqibləri Farer Adaları, Malta və Kosovo milliləridir.

Bu liqada çıxış edəcək digər komandalardan Gürcüstan, Latviya, Qazaxıstan, Andorra birinci, Belarus, Lüksemburq, Moldova və San-Marino yığmaları ikinci qrupda yer alıblar. Makedoniya, Ermənistan, Lixtenşteyn və Cəbəllütariq seçmələri isə dördüncü qrupda mübarizə aparacaqlar.

UEFA Millətlər Liqasında çıxış edəcək 55 milli komanda dörd divizionda yarışacaq. “A” və “B” liqalarının hər birinə 12, “C” liqasına 15, “D” liqasına isə 16 komanda daxil edilib.

Bütün liqalarda komandalar 4 qrupa bölünəcək. A liqasında qrup qalibləri mükafatlar uğrunda yarımfinal və finalda oynamaq imkanı qazanacaq. Digər liqaların qrup birinciləri isə 2020/21 mövsümündə daha yüksək dəstədə çıxış etmək imkanına yiyələnəcək. A, B və C liqalarında qrup sonuncuları növbəti mövsümdə aşağı dəstədə qüvvəsini sınamalı olacaq.

Qrup mərhələsinin nəticələri təkcə liqalar arasında yuxarı-aşağı hərəkət etmək üçün önəmli deyil. AVRO-2020-nin seçmə mərhələsinin püşkatması zamanı yığmaların səbətlərə bölünməsi məhz Millətlər Liqasının nəticələrinə görə gerçəkləşəcək.

Bundan başqa, hər liqadan 1 komanda AVRO-2020-nin final mərhələsinə yüksələcək. Seçmə mərhələdə vəsiqə qazanmayanlar arasında öz qrupunda ən yaxşı olanlar 2020-ci ilin martında pley-offa xoşbəxtlər sırasına düşmək üçün döyüşəcək.

Qrup mərhələsinin görüşləri bu ilin sentyabr-noyabr aylarında oynanılacaq.

 

Millətlər Liqası

Püşkatma mərasimi

 

A liqası

I səbət

Almaniya, Portuqaliya, Belçika, İspaniya

II səbət

Fransa, İngiltərə, İsveçrə, İtaliya

III səbət

Polşa, İslandiya, Xorvatiya, Hollandiya

 

B liqası

I səbət

Avstriya, Uels, Rusiya, Slovakiya

II səbət

İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina

III səbət

Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə

 

C liqası

 

I qrup

İsrail

Albaniya

Şotlandiya

 

II qrup

Estoniya

Finlandiya

Yunanıstan

Macarıstan

 

III qrup

Kipr

Bolqarıstan

Norveç

Sloveniya

 

IV qrup

Litva

Monteneqro

Serbiya

Rumıniya

 

D liqası

 

I qrup

Andorra

Qazaxıstan

Latviya

Gürcüstan

 

II qrup

San Marino

Moldova

Lüksemburq

Belarus

 

III qrup

Kosovo

Malta

Farer adaları

Azərbaycan

 

IV qrup

Cəbəllütariq

Lixtenşteyn

Ermənistan

Makedoniya

 

Püşkün qaydalarına əsasən, iki cütlük eyni qrupda yer ala bilməz. Ölkələr arasında münasibətləri nəzərə alan UEFA B liqasında Rusiya və Ukrayna, D liqasında Azərbaycanla Ermənistanı ayrı qruplara salacaq. Lakin pley-offda oynamalı olacaqları halda bu rəqiblərin də dueli qaçılmaz olacaq.

Qeyd edək ki, artıq oyunların keçirilmə tarixləri də bəllidi. Qrup oyunları 2018, final mərhələsi 2019, pley-off 2020-ci ildə baş tutacaq.

 

Qrup mərhələsi

I tur – 6-8 sentyabr 2018

II tur – 9-11 sentyabr 2018

III tur – 11-13 oktyabr 2018

IV tur – 14-16 oktyabr 2018

V tur – 15-17 noyabr 2018

VI tur – 18-20 noyabr 2018

Final mərhələsinin püşkü – dekabr 2018

Final mərhələsi – 5-9 iyun 2019

Pley-offun püşkü – 22 noyabr 2019

Pley-off – 26-31 mart 2020

1news.az

Paylaş:
2859

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər