“Qəbələ” Antalyada ilk qələbəsini qazandı | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” Antalyada ilk qələbəsini qazandı

22:25 - 24 / 01 / 2018
“Qəbələ” Antalyada ilk qələbəsini qazandı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

1news.az-ın məlumatına görə, 2018-ci ildə 3-cü matçına çıxan “qırmızı-qaralar” Makedoniyanın “Rabotniçki” komandası ilə üz-üzə gəlib. Görüş komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu, “Qəbələ”nin Antalyada ilk qələbəsidir. Daha əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə heç-heçə (1:1) edən “qırmızı-qaralar” İsveçrənin “Sürix” klubuna 0:1 hesabı ilə uduzub.

Yoxlama oyunu

24 yanvar

“Qəbələ” (Azərbaycan) – “Rabotniçki” (Makedoniya) - 2:1

Qollar: Asif Məmmədov, 45, Dabo, 54 - Serjio, 39

Qloriya məşq meydançaları

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 28. Stiven Monroz, 19. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov 

1news.az

Paylaş:
771

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər