Bakı Ali Neft Məktəbində yeni elektron tədris sistemi yaradılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbində yeni elektron tədris sistemi yaradılır

13:03 - 25 / 01 / 2018
Bakı Ali Neft Məktəbində  yeni elektron tədris sistemi yaradılır

Bakı Ali Neft Məktəbində (BANM) yeni elektron tədris sisteminin tətbiqinə dair təqdimat keçirilib.

1news.az-a BANM-dan verilən məlumata görə, təqdimatda Ali Məktəbin rektoru Elmar Qasımov, professor-müəllim heyəti və administrativ kollektiv iştirak edib. Təqdimat Ali Məktəbin riyaziyyat müəllimi Tural Abdullayev tərəfindən keçirilib.

Təqdimatın ilkin mərhələsində sistemin BANM-ın gündəlik fəaliyyətinin yaxşılaşdırılması və optimallaşdırılması istiqamətində ümumi faydalarından danışılıb. Belə ki sistemin yeniliklərinin tətbiqi nəticəsində böyük vaxt itkisinin qarşısı alınacaq, sistem insan əməyini əhəmiyyətli azaltdığından əməliyyatlarda səhvə yol verilməsi aradan qaldırılacaq, həmçinin fəaliyyət və proseslərə nəzarət daha asan və vaxt sərfi olmadan həyata keçirilə biləcək.

Tural Abdullayev təqdimat zamanı yeni sistemin köməyilə BANM administrasiyasının işinin xeyli optimallaşacağını deyərək bildirib ki, indi  transkriptlər, arayışlar, diplom əlavəsi, dərs qeydiyyatı, qiymət cədvəli və s. kimi işləri administrativ işçilər deyil, sistem hazırlayacaq. Yeni sistem həmçinin tələbə haqqında məlumatlar, tələbə bileti, tələbələrin turniket qeydləri, tələbələrin imtahanlarda iştirak siyahısı, tələbələrin təqaüdləri haqqında məlumatları özündə birləşdirərək istifadəçilərə bu istiqamətdə bələdçilik edəcək.

Qeyd edək ki, elektron tədris sistemi BANM rəhbərliyinə tələbələr arasında müəyyən sorğular keçirməyə imkan verəcək ki, bu da keyfiyyətin təmin olunmasına və yarana biləcək problemlərin dərhal aradan qaldırılmasına kömək edəcək.

Sistemdən yalnız BANM-ın işçilərinin deyil, həmçinin tələbələrinin də aktiv istifadəsi nəzərdə tutulur. Belə ki, tələbələr kitabxana qeydiyyatı, lazımi kitabların axtarılması və sifariş edilməsi, sillabusların əldə edilməsi, imtahanlara qeydiyyat, yataqxanaya qeydiyyat və s. kimi məsələləri özləri sistem üzərindən həll edə biləcəklər.

Yeni elektron tədris sistemi BANM rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və təqdim edilən yeniliklərin yaxın günlərdə tətbiqinə başlanılacaq.

1news.az

 

Paylaş:
673

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər