Erməni müğənni “Maral” mahnısını oxudu, Nadir əsəbiləşdi : “Dana girsin, gözünə” – VİDEO

Erməni müğənni Artur Mejlumyan azərbaycanlı müğənninin mahnısını ifa edib.
1news.az-ın Baku.ws-a istinadən verdiyi xəbərə görə, erməni ifaçı Nadir Qafarzadənin “Maral” mahnısını erməni dilinə tərcümə edib.
Məclislərdən birində həmin mahnını oxuyan müğənni daha sonra videosunu şəxsi Instagram hesabında paylaşıb.
Video erməni səhifələrində sürətlə yayılıb və böyük marağa səbəb olub. Azərbaycan mədəniyyətindən daim bəhrələnən ermənilər bu dəfə də ənənələrinə sadiq qalaraq musiqimizi olduğu kimi götürüb. Daha çox türk, Azərbaycan və gürcü incəsənəti əsasında formalaşan erməni incəsənəti daha bir musiqi “qazanıb”.
Nadir Qafarzadə də Instagram-da həmin videonu paylaşıb və bunları yazıb: “Oğrular! Özlərinin heç nəyi yoxdur ki, yazıqların! Dana girsin gözünə”.
1news.az