Baş məşqçi oyun zamanı infarkt keçirib – FOTO | 1news.az | Xəbərlər
Futbol

Baş məşqçi oyun zamanı infarkt keçirib – FOTO

18:11 - 25 / 01 / 2018
Baş məşqçi oyun zamanı infarkt keçirib – FOTO

Almaniyanın ikinci Bundesliqasının 20-ci turu çərçivəsində keçirilən “Darmstadt”-“Keuzerslautern” oyununda xoşagəlməz hal yaşanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, oyunun birinci hissəsi başa çatdıqdan sonra “Keuzerslautern”in baş məşqçisi Jeff Strasser infarkt keçirib. Qırx üç yaşlı mütəxəssis birinci hissənin başa çatmasına bir neçə saniyə qalmış ürəkbulanma və başgicəllənmədən şikayətlənib.

Strasser xəstəxanaya aparılıb və matçın dayandırılmasına qərar verilib. İlk hissə qolsuz bərabərliklə başa çatıb.

Xatırladaq ki, Strasser ötən ilin sentyabrında "Keuzerslautern" klubuna baş məşqçi təyin olunub.

1news.az

Paylaş:
813

Son xəbərlər

Bütün xəbərlər