Bakıda fotoqraf restoranı məhkəməyə verir ­– FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda fotoqraf restoranı məhkəməyə verir ­– FOTO

15:40 - 31 / 01 / 2018
Bakıda fotoqraf restoranı məhkəməyə verir ­– FOTO

Fotoqrafların əzab-əziyyətlə çəkdikləri fotoşəkillər təssüf ki, bir çox halda onların icazələri olmadan müxtəlif məqsədlərlə istifadə olunur.

1news.az-ın minval.info-ya istinadla verdiyi xəbərə əsasən, belə hadisə ilə qarşıalaşan fotoqraf Elxan Qəniyevin sözlərinə görə, İnqilab prospektində ailəvi kabab evi kimi fəaliyyət göstərən restoran, müəllifin çəkdiyi fotoşəkili icazəsi olmadan özünün reklam lövhəsində istifadə edib:

“Müəllif hüquqlarım tapdanıb. Haqlı olsam da, nə edəcəyimi bilmirəm. Amma nə yolla olursa-olsun haqqımı tələb edəcəyəm”.

Məsələ ilə bağlı ilk olaraq adıçəkilən restoranda bildiriblər ki, onların bu məsələdə heç bir günahları yoxdur:

“Reklam banneri sifariş etdik, hazırladılar, gətirdilər. Oraya vurulan fotodan xəbərimiz yoxdur”.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən bildirilib ki, fotonun müəllifi həmin şəklin ona məxsus olduğunu isbat edəcəyi halda ona hüquqi kömək edə bilərlər:

“Hətta biz məhkəmə zamanı da fotoqrafın müəlliflik hüququnu qorumaq üçün əlimizdən gələni edəcəyik”.

S.Xankişiyeva

Paylaş:
1116

Son xəbərlər

Bütün xəbərlər