Estoniyalı millətçilər azərbaycanlı vitse-meri ölkədən qovmaqla hədələyiblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Estoniyalı millətçilər azərbaycanlı vitse-meri ölkədən qovmaqla hədələyiblər

17:24 - 31 / 01 / 2018
Estoniyalı millətçilər azərbaycanlı vitse-meri ölkədən qovmaqla hədələyiblər

Tallinin vitse-meri, əslən azərbaycanlı Züleyxa İsmayılova onu ölkədən qovmaqla hədələyən estoniyalı millətçilərin ittihamlarından bezib.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, bu barədə Estoniya KİV məlumat yayılıb.  

İsmayılova Facebook səhifəsində EKRE partiyasının üzvü Oliver Bekkerdən bir növ "nifrət məktubu” aldığını bildirib.

"Yeni dostum peyda olub - EKRE nasisti. Əvvəllər də nifrət məktubu alırdım, ancaq bu, daha əlamətdardır. İndiyə kimi məni ölkədən qovmaqla heç kimi hədələməmişdi”, - deyə İsmayılova yazır.

İsmayılova məktubun mətnindən çıxarış edərək, yazıya əlavə edib.

"Qorxunc bir hadisənin baş verməsini istəmirsinizsə, bizim torpaqdan gəldiyiniz yerə rədd olub gedin. Əks halda, Yaşıllar Partiyasının bütün üzvlərinin həyatını cəhənnəmə çevirəcəyik. İsmayılova, Sizdən və bütövlükdə Yaşıllar Partiyasından canımız qurtarana kimi dayanan deyilik. Sizə göstərəcəyik. Bu, hələ başlanğıcdır”, - deyə "nifrət məktubunda” qeyd olunur.

Məktubun müəllifi Bekkerin 2016-ci ildən EKRE partiyasının üzvü olduğu bildirilir.

S.Xankişiyeva

 

Paylaş:
577

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər