Veteranlar Təşkilatının sədrinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Veteranlar Təşkilatının sədrinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub – FOTO

13:48 - 01 / 02 / 2018
Veteranlar Təşkilatının sədrinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub – FOTO

Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi ilə əlaqədar dövlətimizin başçısının Sərəncamı ilə təltif edildiyi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun fevralın 1-də yubilyara təqdim olunması mərasimi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Respublika Veteranlar Təşkilatının rəhbərliyi, veteranlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Prezidentin köməkçisi Əli Həsənov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynova təqdim edib.

Mərasimdə çıxış edən Əli Həsənov general-polkovnik Tofiq Ağahüseynovun Azərbaycanda ordu quruculuğu və Silahlı Qüvvələrimizin inkişafındakı xidmətlərindən danışıb. Prezidentin köməkçisi general-polkovnik Tofiq Ağahüseynovun respublikamızda veteran hərəkətinin inkişafına, veteranların hüquq və mənafelərinin təminatına, onların sosial müdafiəsinə mühüm töhfələrini qeyd edib. Diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyevin yanvarın 31-də imzaladığı Sərəncamla Azərbaycanın ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Tofiq Ağahüseynov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

General-polkovnik Tofiq Ağahüseynovun Azərbaycanda ordu quruculuğundakı və Silahlı Qüvvələrimizin inkişafındakı xidmətlərindən danışan Prezidentin köməkçisi onun şərəfli həyat yolunun veteranlarımızla yanaşı, gənclərimizə də nümunə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Tofiq Ağahüseynov sovet dövründə general-polkovnik rütbəsinə layiq görülən yeganə azərbaycanlıdır. Onun xidmətləri təkcə keçmiş SSRİ Silahlı Qüvvələri ilə bağlı deyil. General-polkovnik Tofiq Ağahüseynova müstəqil Azərbaycana xidmət etmək şərəfi də nəsib olub. İstedadlı hərbi xadim, vətənpərvər insan olan Tofiq Ağahüseynov zəngin bilik və təcrübəsini Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına, ölkəmizdə ordu quruculuğu və Silahlı Qüvvələrimizin inkişafına, eləcə də gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işinə sərf edib.

Tofiq Ağahüseynovun respublikamızda veteran hərəkatının inkişafına, veteranların hüquq və mənafelərinin təminatına, onların sosial müdafiəsinin təmin olunmasına mühüm töhfələrini qeyd edən Əli Həsənov bildirib ki, onun xidmətləri istər sovet dövründə, istərsə də müstəqillik illərində daim yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 1 fevral və 2013-cü il 17 yanvar tarixli sərəncamları ilə “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunub. Dövlətimizin başçısı İlham Əliyevin yanvarın 31-də imzaladığı Sərəncamla isə Azərbaycanın ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Tofiq Ağahüseynov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Əli Həsənov 95 illik yubileyi və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunması münasibətilə Tofiq Ağahüseynovu bir daha təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.

Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov ölkəmizdə veteranlara göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək deyib: “Doğrudan da mənim üçün xoşbəxt gündür. Mən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişəm. Bu il veteranlar təşkilatımızın qarşısında çox böyük vəzifələr dayanır. İlk növbədə, biz ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyini, Azərbaycan Ordusunun 100 illiyini qeyd edəcəyik. Bu il həm də prezident seçkiləri keçiriləcək. Respublika Veteranlar Təşkilatının bütün üzvləri seçkilərdə fəal iştirak edəcək, Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər”.

S.Xankişiyeva

 

 

Paylaş:
743

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər