Akademik Teymur Bünyadov Xalça Muzeyində “Azərbaycan xalça sənəti”ndən danışıb – FOTO   | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Teymur Bünyadov Xalça Muzeyində “Azərbaycan xalça sənəti”ndən danışıb – FOTO  

17:42 - 03 / 02 / 2018
Akademik Teymur Bünyadov Xalça Muzeyində “Azərbaycan xalça sənəti”ndən danışıb – FOTO  

Fevralın 3-də Azərbaycan Xalça Muzeyində muzeyin inkişafı və kolleksiyalarının tədqiqində əməyi olmuş tarixçi-etnoqraf alim, əməkdar elm xadimi, “Şərəf” ordenli akademik Teymur Bünyadovun “Azərbaycan xalça sənəti” adlı mühazirəsi təşkil olundu.

1news.az-a Muzeydən verilən xəbərə görə,  tədbiri giriş sözü ilə açan muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirdi ki, muzey bu ildən etibarən muzeyin yaradılması, inkişafı və kolleksiyalarının tədqiqində əməyi olmuş alimlərə həsr olunmuş silsilə mühazirələr keçirir.

O, belə şəxsiyyətlərdən birinin dəyərli ziyalı, akademik Teymur Bünyadov olduğunu deyərək, görkəmli alimin Azərbaycan Xalça Muzeyi ilə bağlı fəaliyyətindən bəhs etdi. “Teymur Bünyadov uzun müddət muzeyin fond satınalma komissiyasının üzvü, eləcə də 1992-ci ildən muzeyin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ekspert komissiyasının üzvü olmuşdur. Muzeyin kolleksiyalarının zənginləşdirilməsi məqsədilə təşkil olunmuş elmi ekspedisiyalarda da fəal iştirak etmiş, kolleksiyalar haqqında tarixi-etnoqrafik, bədii sənətkarlıq məlumatların əldə edilməsində böyük əməyi olmuşdur” – deyə Şirin Məlikova qeyd etdi.O, bildirdi ki,Teymur Bünyadov “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun hazırlanmasının təşəbbüskarıdır. Ümumilikdə 30-dan artıq kitabın, 1000-ə yaxın məqalənin müəllifi olan akademik Azərbaycan etnoqrafiya elminin yaradıcılarından olmaqla barabər, həm də bu elmin daxilində “tarixi etnoqrafiya məktəbi”nin əsasını qoyub. 

Teymur Bünyadovun çoxillik elmi, bədii və publisistik yaradıcılığından da söz açan Şirin Məlikova onun hər zaman Azərbaycanın müstəqilliyini, dövlətçiliyini uca tutan ictimai-siyasi xadim olduğunu bildirdi. Görkəmli alim elmi, pedaqoji və ictimai-siyasi xidmətlərinə görə, 2005-ci ildə “Şöhrət” ordeni, 2008-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Bu il yanvar ayının 18-də Prezident İlham Əliyev Teymur Bünyadovun 90 illik yubileyi ərəfəsində Azərbaycanda etnoqrafiya elminin inkişafında böyük xidmətlərinə görə onun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Şirin Məlikova Xalça Muzeyinin adından dəyərli alimi bu münasibətlə bir daha təbrik etdi.

Akademik Teymur Bünyadov çıxış edərək mühazirənin təşkilinə görə muzeyin rəhbərliyinə təşəkkürünü bildirdi. Sonra o, “Azərbaycan xalça sənəti” mövzusunda məruzə ilə çıxış etdi. Azərbaycan xalça sənətinin tarixindən, inkişafından danışan görkəmli akademik Azərbaycan Xalça Muzeyinin bu qədim el sənətini, xalqımızın maddi-mənəvi, mədəni sərvətini özündə yaşadan xalça nümunələrini qoruyaraq yaşatdığını, Azərbaycan xalçalarını təbliğ etməklə, xalqımızın mədəniyyəti və incəsənətinə dəyər vermək hisslərini aşıladığını bildirdi.

Sonda akademik Teymur Bünyadova Azərbaycan Xalça Muzeyi adından təşəkkür diplomu və hədiyyə təqdim olundu.

S.Xankişiyeva

Paylaş:
671

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər