Azərbaycan jurnalistlərinin VII qurultayının tarixi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan jurnalistlərinin VII qurultayının tarixi açıqlanıb

14:41 - 05 / 02 / 2018
Azərbaycan jurnalistlərinin VII qurultayının tarixi açıqlanıb

Ölkə jurnalistlərinin VII qurultayı mart ayının 10-da keçiriləcək.

1news.az  xəbər verir ki, bu barədə  Mətbuat Şurasının İdarə Heyətinin iclasında qərar qəbul edilib.

MŞ sədri Ə.Amaşov bildirib ki, Şuranın Nizamnamə tələblərinə uyğun olaraq qurumun İdarə Heyətinin üzvləri qurultay üzrə Təşkilat Komitəsinin tərkibinə daxil edilirlər. İclasda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

Qərara əsasən Şuraya üzv gündəlik qəzetlər və informasiya agentlikləri qurultayda 2, həftəlik və aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə 1 nümayəndə ilə iştirak edəcəklər.

Şuraya üzv təşkilatlar üzərindəki əsas məsuliyyət quruma üzvlük haqlarının ödənilməsidir. İclasda qəbul olunan qərara görə, üzvlük haqlarını ödəməyən üzv təşkilatların qurultayda iştirakına yol verilməyəcək. Qurultayda Mətbuat Şurasının 17 əsas və 5 ehtiyat üzvü seçiləcəkdir. 17 əsas üzvdən 8-i jurnalistləri, 6-ı ictimaiyyəti, 3-ü isə internet informasiya resurslarını, ehtiyat üzvlərdən 2-i jurnalistləri, 2-i ictimaiyyəti, 1-i internet informasiya resursların təmsil edəcək.

Təşkilat Komitəsi tərəfindən üzv təşkilatlara anketlər təqdim ediləcək. Üzv təşkilatlar anketlərə ümumilikdə 17 namizəd adı daxil edəcəklər ki, bunlardan 8-i jurnalist, 6-ı ictimaiyyət nümayəndəsi, 3-ü isə internet informasiya resursu təmsilçisi olacaq. Anketlər toplandıqdan sonra 24-ü jurnalistlərdən, 18-i ictimaiyyət nümayəndələrindən və 9-u internet informasiya resurslarından olmaqla ən çox səs toplamış 51 namizədin adı səsvermə bülleteninə daxil ediləcək. Qurultayda İdarə Heyətinin tərkibi də məhz həmin 51 nəfərin içərisindən seçiləcək. Ən çox səs toplamış 8 jurnalist, 6 ictimaiyyət nümayəndəsi, 3 internet informasiya resursu təmsilçisi MŞ-nin İdarə Heyətinin tərkibini təşkil edəcək.

Qurultayda eyni zamanda Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının 3 nəfər əsas, 1 ehtiyat üzvdən ibarət tərkibi də seçiləcək.

1news.az  

 

 

Paylaş:
632

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər