Nişanlısı ilə danışarkən qəfil qorxunc xəstəliyə tutuldu: Dilini və dodaqlarını yeyir - VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Nişanlısı ilə danışarkən qəfil qorxunc xəstəliyə tutuldu: Dilini və dodaqlarını yeyir - VİDEO

15:44 - 06 / 02 / 2018
Nişanlısı ilə danışarkən qəfil qorxunc xəstəliyə tutuldu: Dilini və dodaqlarını yeyir - VİDEO

Atasının faciəli ölümündən sonra beyin iflici keçirən Bakı şəhər sakini 30 yaşlı Nazim Abdulovun anası Zemfira Rüstəmova oğlu üçün kömək istəyir.

1news.az   bildirir ki, big.az-ın suallarını cavablandıran zaman ana oğlunun xəstəliyinə görə dodaqlarını və dilini yediyini bildirib. 

- Oğlunuz nə zamandan bu vəziyyətdədir?

- 27 yaşına kimi oğlum sağlam idi. Artıq 3-4 ildir ki, oğlum adını bilmədiyimiz bu xəstəlikdən əziyyət çəkir. Nazim kompüterdə nişanlısı ilə danışırdı. Birdən özündən getdi. Təcili tibbi yardımı çağırdıq. Komaya düşmüşdü. Bir ay xəstəxanada yatdı. 3 ildir ki, evdə bu vəziyyətdə yatır. Xaricdə müalicəsi var. Sumqayıtda xəstəxanada yatırmaq üçün 4-5 min manat istədilər. İmkanımız olmadığından yatıra bilmədik. Qonşular, qohumlarımız yardım edir. Onu da dərmanlarına və günlük vacib ehtiyaclarına xərcləyirik. 140 manat pensiya alır. Onunla dolanırıq. Ukraynada Atası gözünün qabağında binadan düşüb ölüb. Ondan sonra Bakıya qayıtmalı olduq. Bakıya qayıtdıqdan sonra o, hərbi xidmətə getdi. Evdə tək işləyənimiz Nazim idi. 

- Nazim necə bir uşaq idi?

- Nazim çox yaxşı mehriban, səmimi, sağlam bir oğul idi. O, idmanla məşğul olurdu. İdmanda əldə etdiyi uğurlara görə müxtəlif mükafatlara da layiq görülüb. Oğlum həm də nişanlı idi. Nişanlısı Ukraynada yaşayırdı. Hər zaman mənə deyirdi ki, ana, kaş bir il tez keçərdi. Səbirsizliklə toy gününü gözləyirdi. Bu vəziyyətə düşəcəyini gözləmirdik. 

- Kömək üçün harasa müraciət etmisinizmi?

- Hər yerə müraciət etmişik. Səbirsizliklə xeyirxah insanların köməyini gözləyirəm. Tək arzum balamın yenidən ayağa durmasıdır.

- Həkimlər Nazimə hansı diaqnozu qoyub?

- Həkimlər də dəqiq diaqnoz qoya bilmir. Hərə bir xəstəliyin adını çəkir. Almaniyaya sənədlərini göndərmişik. Oradakı həkimlər müalicəsinin olduğunu deyir. Bunun üçün də 150 min manat istəyirlər. İmkan olmadığından balam gözümün qabağında hər gün əziyyət çəkir. Cənab prezidentimizə də müraciət etmişik. Uşağıma zamanında yardım olsaydı, bəlkə də sağalmışdı. Əvvəl bundan yaxşı idi. Zaman keçdikcə vəziyyəti ağırlaşdı. Gecələr yatmır. Dodaqlarını təmiz yeyib. Dilindən bir az qalıb. Əsəb gələndə pis vəziyyətə düşür. Qanını turba ilə çəkirik. Marketlərdə salfetka qalmayıb. Ancaq onun qanını silirik. Çarəsiz vəziyyətdəyik. 

- Nazim nə vaxtsa güclü psixoloji sarsıntı keçiribmi?

- Atası Ukraynada binada adam işlədirdi. Görülən işlərə baxmaq üçün həmin binaya çıxıb. Bu zaman Nazim atasını aşağıda gözləyib. Bu zaman yoldaşımın ayağı sürüşüb binadan yıxılıb. Oğlum elə ilk tramvanı o zaman aldı. Yoldaşım çox yaxşı ata idi. Onun ölümündən sonra Bakıya gəldik. Gördüyünüz kompüteri nişanlısı ilə danışmaq üçün almışdı. Nazimin çoxlu arzular var idi. Balamın arzuları hamısı ürəyində qaldı. Oğlum, qızım səhərə kimi qardaşlarına baxırlar. 3 ildir ki, biz yuxu nədir bilmirik. Nazim gözümüzün qabağında əziyyət çəkir. Dua eləməkdən və ağlamaqdan başqa çarəmiz yoxdur. 

Dediniz kimi, Almaniyada müalicəsi var. Almaniyadakı həkimlər tam əminliklə sağaldacaqlarını deyirlərmi?

-Bəli, tək müalicəsi Almaniyadadır. Həkimlər tam üzərlərinə götürürlər. Təcili Tibbi Yardımla gəlib özləri götürəcəklər. 150 min manat pul istəyirlər.

- Nazim nə zaman dodaqlarını yeməyə başlayır?

- Əsəb gələn zaman dodağını, dilini yeyir. Nazim çox əsəb keçirir. Dodaqlarını təmiz yeyib. Ona görə dodaqlarını bağlı saxlayırıq. Onu dərmanla bir az sakitləşdirmişik. Hamını eşidir, əsəb keçirir. Bilmirik ki, harasında ağrı var. Əvvəl mədəsinə də şlank qoyulmuşdu. Amma sonradan çıxarıldı. Yeməyini duru vəziyyətdə yavaş-yavaş ağzından verməyə çalışırıq. 
Oğlum nişanlısı ilə danışa-danışa bu vəziyyətə düşdü. Təcili Tibbi Yardımın vurduğu iynədən sonra Nazimin vəziyyəti lap pisləşdi. Hətta qusdu. Biz hardan bilək ki, bu vəziyyətə düşəcək. Saat 8-də artıq xəstəxanaya qaldırdıq. 1 ay xəstəxanada yatdı.

- Bəlkə nişanlısı onu əsəbləşdirib?

- Biz də elə düşünürük. Ola bilsin ki, o Nazimi əsəbləşdirəcək bir söz deyib. Həm də Nazim əsəbi uşaq idi. Hamı onun bu vəziyyətə düşməsini əsəblə əlaqələndirir. Həm də atasından sonra çox istədiyi dayısını və dayısı oğlunu itirdik. 

- Nişanlısı necə, yanına gedib, gəlirmi?

- Xeyr. Bir ay belə gəlib maraqlanmadılar. Qız hazırda ailəlidir. 

- Bəlkə onun bu vəziyyətə düşməsində psixoloji tramvalar səbəb olub? Psixoloqa müraciət etmisinizmi?

- Xeyr. İmkan olmadığından onu masaja da apara bilmirik. Ayağı və əli əyilir. Qonşuların və yaxınlarımızın verdiyi 5-10 manat yardım ancaq Nazimin günlük ehtiyaclarını ödəyə bilir. 
Nazimin əsəbi tutanda bacısı əlini qoyur ki, sakitləşsin. Bacısı neçə vaxtdır demək olar ki, yatmır. Qardaşına qulluq edir. Dodaqlarını yeməsin deyə qızım barmağını onun dodaqlarının arasına qoyur. Xeyirxah insanlardan balam üçün kömək istəyirəm. Balamın müalicəsi var. Arzuları gözündə qalmasın. 

-Siz dayı kimi Nazim haqqında nə deyə bilərsiniz?

- Nazim mənim bacım oğludur. O, gözümün qabağında böyüb. Bacım oğlu çox ağıllı, tərbiyyəli uşaq idi. İdmanla məşğul olurdu. Atası gözünün qarşısında 2-ci mərtəbədən yıxılıb öldü. Atası da çox yaxşı, savadlı insan idi. Yəqin ki, o vaxtdan tramva alıb. Azərbaycana gələndən sonra öz istəyi ilə əsgər getdi. Əsgərlikdən qayıtdıqdan sonra işləyib ailəsini saxlayırdı. Nişanlısı ilə danışdığı yerdə bu vəziyyətə düşüb. 4-cü ilə keçir ki, Nazim bu vəziyyətdədir. 1 ay xəstəxanada müalicə alıb. Ondan sonra ancaq evdə baxılır. Ailənin heç bir yerdən gəliri gəlmir. Ancaq 140 manat pensiya ilə dolanırlar. Vəziyyətləri çox çətindir. Hər birimiz yardım etməyə çalışırıq. Bizim yardımlarımız ancaq onun dərmanlarını görür. 1 il yarımdır ki, Nazim xaricdə müalicə olunması üçün Səhiyyə Nazirliyində qeydiyyatdadır. Amma o vaxtdan bir xəbər yoxdur. Xeyirxah, imkanlı insanlardan yardım istəyirik. Təkcə Nazimin sağalmağını arzulayırıq. Anasının gözü yaşlı qalıb. Azərbaycan xalqından kömək gözləyirik. Bu cavan balanın arzuları gözündə qalmasın. Bacısı, qardaşı da Nazimə baxdıqları üçün işləyə bilmirlər. Nazimin sağalması göydə Allaha, yerdə isə xeyirxah insanlara qalıb. 

- Safura xanım, bacınız oğlu haqqında siz nə deyə bilərsiniz?

- Nazim mənim bacım oğludur. Mən hər kəsdən xahiş edirəm ki, bacıma və oğluna kömək etsinlər. Xeyirxah insanlardan, xalqımızdan Nazim üçün kömək istəyirəm ki, Nazim sağalsın. Bacım oğlu çox yaxşı oğul idi. Hərbi xidmətə öz istəyi ilə gedib. 3 ildir ki, o, səbəbi bilinməyən xəstəlikdən əziyyət çəkir. Günə 100-150 manat təkcə Nazimin dərmanlarına və başqa ehtiyaclarına gedir. Qonşular, tanışlar, qohumlar gücləri çatdıqları köməyi edirlər. Amma o yardımlar günlük xərcini heç görmür. Hər kəs gücü çatdığı qədər kömək edir ki, təki Nazim yaşasın. Xalqımızdan bacım üçün kömək diləyirəm. Bacım çox əzablar çəkib. Gənc yaşda yoldaşını, qardaşını, qardaş balasını itirib. Biz hər şeyi Nazimə qurban edirik. Təki o sağalsın, əvvəlki vəziyyətinə geri dönsün. Xarici dövlətdə müalicəsi var. Xahiş edirəm ki, müalicə üçün imkanı olanlar yardım etsinlər. Gəncdir, arzuları gözündə qalmasın. Nazimin gözəl dodaqları var idi. Amma bu gün Nazim dodaqlarını da, dilini də yeyib. Bacısı qardaşına görə ailə qurmur. Deyir, qardaşım sağalsın, sonra ailə quracam.

1news.az   

Paylaş:
1354

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər