Bakının mərkəzi hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzi hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılır

10:20 - 08 / 02 / 2018
Bakının mərkəzi hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılır

Bu gün Bakı şəhərinin bəzi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

1news.az-ın “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, Binəqədi nasos stansiyasından +41 “Qərb” anbarını içməli su ilə təmin edən 1200 mm diametrli magistral su xəttinin “Azadlıq prospekti” metro stansiyasının yaxınlığından keçən hissəsinin yeri dəyişdiriləcək.

Bununla əlaqədar fevralın 8-də gün ərzində Dilarə Əliyeva, Rəşid Behbudov, Salatın Əsgərova, Nizami küçələrinə, həmçinin Süleyman Rüstəm, Bakıxanov, Şəmsi Bədəlbəyli, İbrahimpaşa Dadaşov, Xəqani küçələri, Bülbül və Azərbaycan prospektlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər