Paralimpiya Komitəsi prezident seçkiləri ilə əlaqədar ölkə ictimaiyyətinə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Paralimpiya Komitəsi prezident seçkiləri ilə əlaqədar ölkə ictimaiyyətinə müraciət edib

19:59 - 09 / 02 / 2018
Paralimpiya Komitəsi prezident seçkiləri ilə əlaqədar ölkə ictimaiyyətinə müraciət edib

Azərbaycan Milli Paralimpiya Komitəsi Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar ölkə ictimaiyyətinə müraciət edib.

Milli Paralimpiya Komitəsindən 1news.az-a daxil olan müraciətdə deyilir ki, Azərbaycanda Paralimpiya hərəkatının yaranması ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Böyük fəxarətlə demək olar ki, Ulu Öndərin ümumilikdə idmana verdiyi dəyər, göstərdiyi diqqət və qayğı bu gün ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti, paralimpiyaçıların dostu İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın adı dünyanın aparıcı idman ölkələrinin sırasında çəkilir.

Ölkəmizdə fiziki məhdudiyyətli şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının bərpa olunmasında, fiziki inkişafında, cəmiyyətə inteqrasiyasında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında Milli Paralimpiya Komitəsinin fəaliyyəti təqdirəlayiqdir. Dünyada ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsinin ölkəmizdə yaradılması ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmalarına güclü təkan verəcək.

Azərbaycan Milli Paralimpiya Komitəsi öz fəaliyyətini genişləndirir, idman növlərinin və idmançıların sayı ildən-ilə artır, bölgələrdə Paralimpiya hərəkatı sürətlə inkişaf edir. Bunun nəticəsidir ki, Milli Paralimpiya Komitəsi fəaliyyəti dövründə 7 Yay Paralimpiya Oyunlarında iştirak edib. Oyunlarda iştirak edən idmançılar yüksək nəticələr göstərərək 38 medal qazanıblar ki, onlardan 9-u qızıl, 18-i gümüş və 11-i bürünc medallardır. İdmançılar arasında 7 Paralimpiya çempionu var ki, onlardan iki nəfəri ikiqat Paralimpiya çempionudur. Bundan əlavə, idmançılardan 7 nəfəri dünya, 14 nəfəri Avropa çempionu, 7 nəfər Dünya Oyunlarının, 12 nəfər İslam Həmrəyliyi Oyunlarının və 1 nəfər Avropa Oyunlarının qalibləridir. Paralimpiyaçılarımızın beynəlxalq arenalarda, mötəbər yarışlarda göstərdikləri şücaətə, nail olduqları uğurlara nəzər salsaq görərik ki, uğurların əldə olunması üçün böyük zaman və zəhmət sərf edilib. Lakin sağlamlıq məhdudiyyətlərinə qalib gələrək, idman yolunda olan çətinliklərə sinə gərərək onlar böyük ruh yüksəkliyi ilə bayrağımızı daim ucalarda saxlamağa nail olublar. Qeyd edilən nailiyyətlər yalnız və yalnız ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin adı ilə bağlıdır və onun bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının təzahürüdür.

Müraciətdə qeyd edilir ki, məlum olduğu kimi, 2018-ci il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının VI qurultayı prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

Paralimpiyaçılar da prezident seçkilərində öz ənənəsinə sadiq qalaraq İlham Əliyevin namizədliyini dəstəkləyir və ölkə ictimaiyyətini də seçkilərdə fəallıq göstərərək ona səs verməyə çağırır.

Müraciət Milli Paralimpiya Komitəsinin 9 fevral tarixli iclasında qəbul edilib.

1news.az

Paylaş:
674

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər