Milli Karate Federasiyasında yeni təyinatlar – FOTO | 1news.az | Xəbərlər
İdman

Milli Karate Federasiyasında yeni təyinatlar – FOTO

17:51 - 13 / 02 / 2018
Milli Karate Federasiyasında yeni təyinatlar – FOTO

Bu gün Azərbaycan Milli Karate Federasiyasında İdarə Heyətinin, məşqçilərin və böyüklərdən ibarət milli yığmasının üzvlərinin iştirakı ilə iclas keçirilib.

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov 1news.az-a bildirib ki, iclasda bir neçə məsələ müzakirə olunub və müəyyən qərarlar verilib. Böyüklərdən ibarət milli komandanın məşqçilər heyətində yeni təyinatlar olub. Azərbaycan Milli Karate Federasiyası İdarə heyətinin qərarı ilə Şahin Xudaverdiyev kişilərdən ibarət seçmə komandanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edəcək. Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynov və Rəşad Hüseynov isə baş məşqçinin köməkçiləri təyin olunub. Qadınlardan ibarət milli komandanın baş məşqçisi səlahiyyətlərini, yeniyetmə və gənclər üzrə baş məşqçi Anar Allahverdiyev icra edəcək.

Federasiya prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, Baş katib MirHəsən Seyidov, eləcə də İdarə heyətinin üzvü Fizuli Musayev yeni təyinatlarla bağlı məşqçilər heyəti və milli komanda üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıblar. Federasiya rəhbərliyi ölkənin ali idman təşkilatları tərəfindən qarşıda qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün daha effektli fəaliyyətin vacib olduğunu xatırladıb.

Baş məşqçi vəzifəsinin icrasına başlayan əməkdar məşqçi Şahin Xudaverdiyev rəhbərlik tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirərək, bundan sonra da təcrübəsini yüksək nəaliyyətlər qazanmaq uğrunda yönəldəcəyini söyləyib.

Yığıncaqda həmçinin milli komandanın 2018-ci il ərzində keçiriləcək olan nüfuzlu yarışlara hazırlıq işləri, idmançıların vitaminləşdirmə prosesi, dopinqə qarşı nəzarətinin gücləndirilməsi və digər məsul öhdəliklər müzakirə olunub.

Sabah BƏƏ-nin Dubay şəhərində keçiriləcək olan Premyer Liqa 1 -də iştirak üçün yola düşən komanda üzvlərinə tövsiyələr verilib və qərarlar qəbul olunub.

1news.az

Paylaş:
741

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər