“Yuventus” qələbəni əldən verdi, “Mançester Siti”dən darmadağın - VİDEO
Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinə start verilib.
1news.az-ın məlumatına görə, dünən axşam saatlarında azarkeşlər iki qarşılaşmaya şahidlik ediblər.
Gecənin ən çox maraqla gözlənilən qarşılaşması Turində baş tutub. Belə ki, ÇL-in son finalçısı “Yuventus” Premyer Liqanın iddialı komandalarından “Tottenhem”i qəbul edib.
Gözlənildiyi kimi, tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşən qarşılaşma maraqlı və gərgin mübarizə şəraitində keçib.
“Yuventus” iki top fərqi ilə önə keçsə də, bu üstünlüyünü qoruya bilməyib. İngiltərə təmsilçisi hər iki topun əvəzini çıxaraq öz meydanında keçirəcəyi cavab oyunu öncəsi böyük üstünlük qazanıb.
Günün digər qarşılaşmasında isə İsveçrənin “Bazel” klubu Çempionlar Liqasının favoritlərindən olan “Mançester Siti”ni qəbul edib. Meydan sahiblərinin qapısından dörd cavabsız top keçirən “şəhərlilər” növbəti mərhələyə vəsiqəni demək olar ki, təmin ediblər.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
13 fevral
“Yuventus” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 2:2
Qollar: İquayn, 2, 9 (pen.) - Keyn, 35, Eriksen, 72
Baş hakim: Feliks Brix (Almaniya)
"Yuventus" stadionu, Turin
“Yuventus”: Buffon, De Şilio, Benatio, Kyellini, Aleks Sandro, Pyaniç, Xedira, Bernardeski, Duqlas Kosta, Mancukiç, İquayn
“Tottenhem”: Lloris, Orye, Sançez, Vertongen, Devis, Dembele, Dayer, Lamela, Eriksen, Delle Alli, Keyn
“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) - 0:4
Qollar: İlkay, 14, 53, Silva, 18, Aquero, 23
Baş hakim: Yonas Eriksson (İsveç)
"Sankt-Yakob Park", Bazel
“Bazel”: Vaslik, Lakrua, Fray, Ştoker, Suxi, Oberlin, Sere Di, Elyunussi, Riveros, Caka
“Mançester Siti”: Ederson, Uolker, Kompani, Otamendi, Delf, Fernandinyo, İlkay, De Brün, Sterlinq, Bernard Silva, Aquero.
1news.az