“Neftçi” klubunun prezidenti istefa verdi | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” klubunun prezidenti istefa verdi

13:40 - 16 / 02 / 2018
“Neftçi” klubunun prezidenti istefa verdi

Uğursuzluq zolağından heç cür çıxa bilməyən Bakının “Neftçi” klubunda istefa baş verib.

1news.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klub prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.

Onun şəxsi istəyi ilə tutduğu postdan ayrıldığı bildirilib. Belə ki, Hüseynzadə bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. Nəticədə prezidentin istefası qəbul olunub.

Klub rəhbərliyi Orxan Hüseynzadəyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Orxan Hüseynzadə ötən il iyulun 6-da “Neftçi”nin prezidenti təyin olunub.

Bu arada, Orxan Hüseynzadənin istefasının təfərrüatları məlum olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, 42 yaşlı futbol funksionerinin paytaxt kubundan gedişini SOCAR istəyib.

Hüseynzadənin “ağ-qaralar”dakı işi klubun təsisçisini qane etməyib. Buna görə də, onun “Neftçi”dən uzaqlaşdırılmasına qərar verilib.

Hüseynzadəni bu postda əvəzləyəcək şəxs də artıq məlumdu. Belə ki, bu gün “Sumqayıt”ın prezidenti vəzifəsindən istefa verən Kamran Quliyev bundan sonra “Neftçi”də eyni işi görəcək.

Onun “gənclik şəhəri” təmsilçisindən ayrılması da məhz bununla bağlıdı.

1news.az

Paylaş:
668

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər