MFL League of Nations 2018: ABŞ vahid liderliyə yüksəldi, B Konferensiyasında ikihakimiyyətlilikdir | 1news.az | Xəbərlər
Futbol

MFL League of Nations 2018: ABŞ vahid liderliyə yüksəldi, B Konferensiyasında ikihakimiyyətlilikdir

15:40 - 20 / 02 / 2018
MFL League of Nations 2018: ABŞ vahid liderliyə yüksəldi, B Konferensiyasında ikihakimiyyətlilikdir

Azərbaycanın ən böyük həvəskar liqası olan MFL-in League of Nations 2018 adlı yeni superturnirində liderlik uğrunda mübarizə qızışır.

1news.az xəbər verir ki, keçən bazar 3-cü turun oyunları keçirildi. Əgər ilk iki turdan sonra yeni turnirin hələ cizgiləri cızılırdısa və komandalar bir-birilərini tanıyırdılarsa, üçüncü turdan sonra MFL League of Nations 2018-in dəqiq təsviri formalaşmağa başladı.

Elə ilk oyunlardan bəzi komandalar öz yüksək ambisiyalarını ortaya qoymaqla nümayiş etdirdilər ki, diplomatik nümayəndəliklərin dostluq turnirində heç də olimpiya prinsiplərinə əməl etmək fikrində deyillər. Yalnız iştirak deyil, qələbə vacibdir.

Hesabat turunda A Konferensiyasının mərkəzi qarşıdurması baş verdi. İki lider və favorit komanda – ABŞ-la Əlcəzair üz-üzə gəldi. Gözlənildiyi kimi, oyun gərgin mübarizə şəraitində keçdi. Nəticədə rəqibini 6:3 hesabı ilə məğlub edən ABŞ komandası qələbəni bayram etdi.

Bu qələbə sayəsində ABŞ komandası A Konferensiyasının vahid liderinə çevrildi. Əlcəzair və BMT-nin komandaları isə hərəyə 6 xala sahibdirlər. Lakin vurulan və buraxılan qolların ən yaxşı fərqinə görə Əlcəzair ikinci sıranı tutur.

B Konferensiyasında isə ikitirəlikdir. Sudan və Türkmənistan komandaları hələ turnir başlamamışdan qabaq favorit hesab edilirdilər və hələ ki, onlar bu statuslarını tam doğruldurlar. Üçüncü turda da hər iki komanda növbəti qələbəsini qazandı.

Sudan vurulan və buraxılan qolların ən yaxşı fərqinə görə B Konferensiyasına başçılıq edir. Lakin hər turdan sonra vəziyyət dəyişə bilər. 5-ci turda isə komandalar öz aralarında oynayacaqlar.

Sudanın məhsuldarlığı bombardirlərin yarışında da öz əksini tapdı. Məhz bu komandanın futbolçusu Məhəmməd MFL League of Nations 2018-də “snayperlərin” yarışına başçılıq edir.

Ən yaxşı assistentlərin yarışında isə A Konferensiyasının nümayəndələri üstünlük təşkil edirlər.

Növbəti turun oyunları fevralın 25-də keçiriləcək. MFL League of Nations 2018 müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərində çalışan futbol həvəskarlarını birləşdirən yeni turnirdir.

MFL League of Nations 2018-də 12 səfirliyin, eləcə də BMT-nin komandası iştirak edir. Komandalar iki Konferensiyaya bölünüblər. Hər iki konferensiyadan dörd ən yaxşı komanda pley-off-a vəsiqə qazanacaq ki, onlar da öz aralarında çempionu müəyyən edəcəklər.

Teymur Maksutov

Paylaş:
1177

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər