Gənc sərbəst güləşçilər Mazandaranda qüvvələrini sınayacaq | 1news.az | Xəbərlər
İdman

Gənc sərbəst güləşçilər Mazandaranda qüvvələrini sınayacaq

18:10 - 27 / 02 / 2018
Gənc sərbəst güləşçilər Mazandaranda qüvvələrini sınayacaq

1-2 mart tarixlərində İranın Mazandaran vilayətinin Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək. 

Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri turnirdə iştirak edəcək. 

Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləçimiz qonşu ölkəyə yollanıb. Heyətdə Əsgər Məmmədəliyev (57 kq), Tural Hüseynov (61 kq), Elmar Kazımov (65 kq), Davud İbrahimov (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Alimaqomed Alixmayev (97 kq) və Rahid Həmidli (125 kq) yer alıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Firqət İbrahimov təmsil edəcək. 

1news.az

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər