Məşhur futbolçu 6 aylıq futboldan uzaqlaşdırıldı
UEFA ötən il qanında dopinq aşkarlanan Samir Nəsrinin cəzasını açıqlayıb.
1news.az-ın məlumatına görə, Fransa millisinin sabiq üzvü 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Dopinq testi Nəsri hələ “Sevilya”da çıxış edərkən götürülüb. Futbolçu bir müddət öncə UEFA-nın dopinq qəbul etməsi barədə araşdırma aparması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etsə də, bu qurum futbolçunun etirazını rədd etmişdi.
Qeyd edək ki, karyerası ərzində “Arsenal”, “Mançester Siti”, “Sevilya”, “Marsel” kimi komandalarda top qovmuş Nəsrinin son klubu “Antalyaspor” olub. O, qış fasiləsi zamanı Antalya təmsilçisi ilə yollarını ayırıb.
1news.az
779