MFL-in 18-ci turu: Liderlik uğrunda mübarizə davam edir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL-in 18-ci turu: Liderlik uğrunda mübarizə davam edir – FOTO – VİDEO

14:33 - 01 / 03 / 2018
MFL-in 18-ci turu: Liderlik uğrunda mübarizə davam edir – FOTO – VİDEO

Azərbaycanda ən iri həvəskar futbol liqası MFL-in 18-ci turu başa çatıb.

1news.az-ın verdiyi xəbərə görə, tur bir sıra maraqlı qarşıdurmalarla yadda qalıb.

İlk olaraq, fevralin 26-sı A Konferensiyası çərçivəsində baş tutan bütün matçlar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla yad edilərək başlayıb.

Hər iki Konferensiyanın turnir cədvəlinə nəzər yetirdikdə ilk növbədə komandalar arasında mübarizənin sıxlığı nəzərə çarpır. Nümunə üçün, A Konferensiyasında komanaların 10-11 matç keçirməlidir. Lakin turnir cədvəli elə sıxdır ki, hətta Konferensiyanın liderləri pley-off matçlarına rahatlıqla hazırlaşa bilmirlər.

“VİP FK” və “Cinema Plus” 17 oyundan sonra aktivində 39 xalı var. Lakin hazırki yerləşmədə “AFFA Boys” və “GB Solution” (müvafiq olaraq 13 və 14-cü yerlərdə) qərarlaşaraq əsas “onluqdan”  9 xal ilə geri qalırlar. İrəlidə isə 11 oyun var. Bu matçlar ərzində bir sıra dəyişikliklər baş verə bilər.  

 “GB Solution” komandasının uğursuzluğu təəccübləndirir. Təsirli tərkibə sahib olan komanda son altı matçda sadəcə bir qələbə qazana bilib. Bu da komandanın turnir cədvəlində öz mövqeyini itirməsinə gətirib çıxardı.

Hesabat turunda “GB Solution” beş oyunun uğursuzluğunu qıraraq “BOS Shelf”ə (3:1) qalib gələ bilib. Bütün 18 turda qələbəni – “Cinema Plus”, “Underdog” və  “Xəzər” saxlaya bilib. “VİP FK” və “Sirena Motors” arasında oyun heç-heçə başa çatıb. Ötən mövsümün ən yaxşı bombardiri olan Elvin Əlizadə ilə İKAU komandası da sürətini artırır. Nəhayət ki, komanda ilk “onluğa” daxil ola bilib.

A Konferensiyasının turnir cədvəli bu cürdür:

 

 A Konferensiyasında 18-ci turun ən yaxşı məqamları:

B Konferensiyasında “Beerbaşa” və “Astara FK” arasında liderlik uğrunda mübarizə davam edir. Ötən turda “Astara FK” gözlənilmədən “Joga Baku” (1:2) komandasına məğlub oldu. Bu məğlubiyyətdən istifadə edən “Beerbaşa” B Konferensiyasında liderliyə yüksəldi. Bununla yanaşı, “Beerbaşa” çempionatda ən az qol buraxan komandadır.  

Lakin 18-ci turda “Astara FK” rəqibinin zəifliyindən istifadə edərək liderliyi yenidən qaytardı. “Beerbaşa” “Galaxy FK” komandasına (1:1) qalib gələ bilmədi. Eyni zamanda “Astara FK” daha bir favoritə “Juventus Baku”-ya (2:1) qalib gəlib.

18 turdan sonra B Konferensiyasının turnir cədvəli bu cürdür:

B Konferensiyasında 18-ci turun ən yaxşı məqamları:

Məlum olduğu kimi, matçların yekununa əsasən, hər bir Konferensiyadan pley-off mərhələsinə səkkiz komamda çıxmalıdır. Hər Konferensiyadan 6 komanda 1/8-ə bilet alacaq. Hər Konfederasiyada 7, 8, 9 və 10-cu yerləri tutan komandalar pley-off mərhələsində iştirak etmək hüququnu verən 4 yer üçün mübarizə aparacaqlar (hər konferensiya üzrə 2 yer).

Hazırda TOP-20-nin onlayn cədvəli bu cürdür:

Hər bir Konferensiyada hücumçular arasında gərgin mübarizə davam edir. Lakin ilk gözə çarpan A Konferensiyasının bombardiri Yadulla B Konferensiyasının ən yaxşı “snayperi” Mehdixandan 2 dəfə çox qol vurub. Lakin Yadulla ötən mövsümün hesabında 54 qol olan ən yaxşı bombardir Elvin Əlizadəni ötür.

B Konferensiyasında daha az qol vurulsa da, lakin bundan mübarizənin gərginliyi azalmadı.

Sabuncu”nun lideri Mehdi 28 qol vuraraq, öz Konferensiyasının ən yaxşı “snayperini” izləyir. ən yaxşı assistentlər siyahısında isə Mehdi liderlik edir.

B Konferensiyasının TOP assistələrinin siyahısı bu cürdür:

18-ci turun simvolik yığması bu cürdür:

Turun ən yaxşı oyunçusu “Astara FK”-dan Elgün Nəcəfov olub.

Matçın bitməsinə daha az tur qaldıqca, hər iki konferensiyada komandalar arasında gərginlik daha da artır. Bu o deməkdir ki, irəlidə bizi daha maraqlı matçlar gözləyir.

MFL-i onlayn izləyin:

MFL Facebook-da

MFL Instagram-da

MFL Youtube-da

http://www.mfl.az/

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1195

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər