Bakıda və Sumqayıtda universal ağır atletika komplekslərinin açılışı olub | 1news.az | Xəbərlər
İdman

Bakıda və Sumqayıtda universal ağır atletika komplekslərinin açılışı olub

16:21 - 06 / 03 / 2018
Bakıda və Sumqayıtda universal ağır atletika komplekslərinin açılışı olub

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) ölkəmizdə idmanın inkişafına töhfə verməkdə davam edir. Bu baxımdan sağlam həyat tərzinin təbliği və gələcək çempionların yetişdirilməsi məqsədilə maddi-texniki bazanın genişləndirilməsi və təkmilləşdirilməsi, idmançıların məşq və hazırlıq şəraitinin yaxşılaşdırılması böyük əhəmiyyət daşıyır. Yeni ağır atletika zal və komplekslərinin istifadəyə verilməsi bu prosesdə mühüm rol oynayır.

Federasiyadan 1news.az-a bildiriblər ki, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə AAAF tərəfindən Bakıda və Sumqayıtda universal ağır atletika kompleksləri istifadəyə verilib.

Bakıda açılışı olan universal ağır atletika kompleksi “Zirvə” beynəlxalq idman klublarının və AAAF-ın birgə layihəsi əsasında inşa edilib.

Kompleksin açılış mərasimində AAAF-ın vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev iştirak edib. Azər Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, kompleksdə ağır atletika, bodibildinq, pauerliftinq, krosfit və fitneslə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Gün ərzində 500-ə yaxın idmançı bu məkanda peşəkar məşqlə məşğul ola bilər. Kompleks ən müasir avadanlıqla təchiz olunub, idmanın hər bir növü üzrə fərdi yanaşma tətbiq olunub. Burada tanınmış idmançılar, uğur qazanmış atletlər, təcrübəli həkimlər, masajçılar və məşqçilər çalışacaqlar.

Sumqayıtdakı kompleksin açılış mərasimində isə AAAF-ın birinci vitse-prezidenti Tofiq Heydərov, həmçinin federasiyanın Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

Kompleksin rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra burada yaradılan şərait barədə məlumat verilib. Qeyd olunub ki, kompleksdə eyni anda 50-yə yaxın ağır atletin, eləcə də bodibildinq, pauerliftinq, krosfit idmançılarının məşq etmək, yarışlara ən yüksək səviyyədə hazırlaşmaq imkanı var. Burada paltardəyişmə otaqları, xüsusi idman geyimləri və vitaminləri stendi, futbol meydançası, digər otaqlar da xidmətə hazırdır.

AAAF hər il 20-yə yaxın ağır atletika zal və kompleksinin açılışı, təmir-bərpa işlərini həyata keçirir. Ötən il Qobustanda mərkəzi ağır atletika zalı, “Spartak” Könüllü İdman Cəmiyyətinin Ramanadakı zalı, “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin ağır atletika zalı, Mərkəzi Ordu İdman Klubunun bazasındakı ağır atletika zalı, Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının ağır atletika zalı və digər qurğularda əsaslı təmir-bərpa işləri görülüb, avadanlıq yenilənib, məşq üçün ən yüksək şərait yaradılıb.

Bununla yanaşı, Astarada AAAF Park Yaşayış Kompleksində yerləşən ağır atletika üzrə yeni təlim-məşq bazasının açılışı həyata keçirilib. Bu çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, hər cür şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, həmçinin ən müasir avadanlığın quraşdırıldığı geniş AAAF fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib.

1news.az

Paylaş:
702

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər