Prezident meydana tapança ilə girdi: “sənin sonun gəldi” – FOTO | 1news.az | Xəbərlər
Futbol

Prezident meydana tapança ilə girdi: “sənin sonun gəldi” – FOTO

18:22 - 12 / 03 / 2018
Prezident meydana tapança ilə girdi: “sənin sonun gəldi” – FOTO

Yunanıstan Super Liqasının XXV turu çərçivəsində keçirilən PAOK – AEK oyunu yarımçıq qalıb.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, buna səbəb sonuncu dəqiqədə meydan sahiblərinin vurduğu qolun hakimlər tərəfindən oyundan kənar vəziyyət iddiası ilə sayılmaması olub.

PAOK-lu oyunçular, texniki heyət və klub rəsmiləri hakimin qərarına etiraz edərək meydana daxil olublar. Belə olan halda isə referi və köməkçiləri matçı yarımçıq qoyaraq soyunub-geyinmə otağına gediblər.

Hadisələr isə bununla yekunlaşmayıb. PAOK-un prezidenti İvan Savvidis rəqib komandanın rəsmilərindən birinə hücum edib. AEK klubu isə meydana girən Savvidisin üzərində silah olduğu üçün məhkəməyə müraciət edəcəklərini bildirib.

Keçmiş hakim, hazırda PAOK-un idman direktoru olan Lüboş Mihelin hakimə ən çox etiraz edən adam olmsası, üstəlik referinin yanına gedərək ona “sənin sonun gəldi” deməsi də diqqət çəkən məqamlardan olub.

1news.az

Paylaş:
923

Son xəbərlər

Bütün xəbərlər