Əbülfəs Qarayev Naftalanda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Əbülfəs Qarayev Naftalanda vətəndaşları qəbul edəcək

21:36 - 12 / 03 / 2018
Əbülfəs Qarayev Naftalanda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 15-də saat 11.00-da Naftalan şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən 1news.az-a bildiriblər ki, şəhərdəki Heydər Əliyev Mərkəzində ( Şıxəli Qurbanov küçəsi, 1) keçiriləcək qəbulda Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

1news.az

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər