Çempionlar Liqası: 1/4 final mərhələsinin püşkü atıldı | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqası: 1/4 final mərhələsinin püşkü atıldı

16:08 - 16 / 03 / 2018
Çempionlar Liqası: 1/4 final mərhələsinin püşkü atıldı

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

1news.az-ın məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 8 komanda rəqiblərini tanıyıb.

Maraqlıdır ki, püşk iki İngiltərə klubunu - “Liverpul”la “Mançester Siti”ni üz-üzə qoyub.

Digər cütlüklərə gəlincə, “Barselona” “Roma”, “Sevilya” “Bavariya”, “Real” isə “Yuventus”la qarşılaşacaq.


Çempionlar Liqası

1/4 final

“Barselona” (İspaniya) - “Roma” (İtaliya)

“Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya)

“Yuventus” (İtaliya) - “Real” (İspaniya)

“Liverpul” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.

1news.az

Paylaş:
1010

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər