Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atıldı | 1news.az | Xəbərlər
Futbol

Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atıldı

17:41 - 16 / 03 / 2018
Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atıldı

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

1news.az-ın məlumatına görə, Avropanın ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən klubların rəqiblərinin adına aydınlıq gəlib.

Püşkatmanın nəticəsinə görə, “Leypsiq” “Marsel”lə, “Arsenal” MOİK-lə, “Atletiko” “Sportinq”lə, “Latsio” isə yarışın sürpriz komandası “Zalsburq”la üz-üzə gələcək.

 

Avropa Liqası

1/4 final

“Leypsiq” (Almaniya) - “Marsel” (Fransa)

“Arsenal” (İngiltərə) – MOİK (Rusiya)

“Atletiko” (İspaniya) - “Sportinq” (Portuqaliya)

“Latsio” (İtaliya) - “Zalsburq” (Avstriya)

 

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5, cavab matçları ilə 12 aprel tarixlərində keçiriləcək.

1news.az

Paylaş:
864

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər