Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

23:38 - 16 / 03 / 2018
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

1news.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Barselona"nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib.

Argentinalı futbolçu Vissam Ben-Yedder (“Sevilya”), Tomas Müller (“Bavariya”) və Edin Dzekonu (“Roma”) qabaqlayıb.

Qeyd edək ki, Messi ÇL-in 1/8 final mərhələsinin “Çelsi” ilə cavab oyununda (3:0) 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

1news.az

Paylaş:
453

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər