Azərbaycanlı təmsilçilər “Dostluq üçün futbol” turnirindən danışıb – FOTO
Conatan Ferqüsson və Rəna Əliyeva Moskvada 8-15 iyun tarixlərində baş tutacaq “Dostluq üçün futbol” turnirinə gedəcəkləri üçün çox xoşbəxtdirlər.
Azərbaycnalı gənc futbolçu turnirə gedəcəyi günü səbrsizliklə gözləyir.Bunu “Sputnik Azərbaycan”da keçirilən brifinq zamanı bildirib.
“Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir.
Bu il baş tutan proqram 211 ölkə və regionu öz ətrafında birləşdirib. Tədbirin final mövsümü Moskvada 8-15 iyun tarixlərində keçiriləcək.
Gənc futbolçu qapıçı kimi çıxış edəcək. Ferqüsson Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə çıxış edəcək.
Conatan çıxışında 2005-ci ildə Bakıda doğulduğunu bildirib:
“Çox xoşbəxtəm ki, bu layihədəyəm”.
Azərbaycandan Moskvaya gənc jurnalist kimi Rəna Əliyeva göndəriləcək.
O, 6 saylı məktəbdə təhsil alır. 12 yaşlı Rəna futbol ilə bağlı ən yaxşı məqalələrdən birini yazıb. O, bildirib ki atası Yalçın Əliyev kimi jurnalist olmaq istəyir. Buna görə də Rəna beynəlxalq mühitdə baş verən prosesləri ətraflı öyrənir.
Həmçinin “Dostluq üçün futbol” layihəsinin icraiyyə komitəsinin nümayəndəsi Amina Konurbayeva bildirib ki, gənc jurnalistlər forum zamanı mətbuat mərkəzində işləyərək hadisələri işıqlandıracaq:
“Bu həftə ərzində uşaqlar həmyaşıdları ilə ünsiyyət quraraq ölkələrinin mədəniyyəti, bilik və təcrübə mübadisi aparacaq. Yeniyetmələr gənc məqçilərin rəhbərliyilə məşq edəcək. Bu uşaqlar da vaxtilə “Dostluq üçün futbol” layihəsinin iştirakçıları olublar”.
Qeyd edək ki, 2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub.
Brifinqin sonunda Konurbayeva bütün iştirakçılara aydın səma və futbol meydanını simvolizə edən mavi və yaşıl qolbaqlar verib.
Tərcümə: S.Xankişiyeva