UEFA reqlament dəyişikliyini təsdiqlədi | 1news.az | Xəbərlər
Futbol

UEFA reqlament dəyişikliyini təsdiqlədi

20:33 - 27 / 03 / 2018
UEFA reqlament dəyişikliyini təsdiqlədi

UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasının (AL) 2018-19 mövsümündə reqlament dəyişikliyini təsdiqləyib.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, ən ciddi dəyişiklik əvəzetmələrlə bağlıdı.

Qurumun prezidenti Aleksandr Çeferin tərəfindən ötən ay Slovakiyada təşkil olunmuş iclasdan sonra təklif olunan 4-cü əvəzləmə ilə bağlı yenilik artıq qüvvəyə minib. Belə ki, gələn mövsümdən ÇL və AL-in pley-off mərhələlərində baş məşqçilər 4 dəyişiklikdən yararlana biləcəklər. Bu qarşılaşmalarda qalib müəyyənləşməzsə, əlavə edilmiş 30 dəqiqədə 4-cü dəyişiklik imkanı yaranacaq. Bu qərar UEFA Superkuboku üçün də keçərlidi.

Həmçinin klub turnirlərinin finalında baş məşqçilər iştirak ərizəsinə 23 futbolçunun adını yaza biləcəklər ki, belədə ehtiyatda 12 oyunçu olacaq.

Bundan başqa, Çempionlar Liqası matçlarının başlama saatı da fərqli olacaq. Gələn mövsümdən qarşılaşmalar Avropa vaxtı ilə saat 21:00-da (hazırkı Bakı vaxtı ilə saat 23:00) start götürəcək. Qrup mərhələsinin çərşənbə axşamı və çərşənbə günü keçiriləcək iki oyunu isə saat 18:55-də (20:55) başlayacaq. Qrup mərhələsinin son turunda bütün oyunlar eyni vaxtda başlayacaq.

Avropa Liqasında qrup mərhələsindən 1/8 finala qədərki qarşılaşmalar saat 18:55-də (20:55) və 21:00-da (23:00) start götürəcək. Matçların saatı püşkatmaya uyğun təyin olunacaq. Bu turnirdə də son turun bütün oyunlarının start fiti eyni anda veriləcək. 1/4, yarımfinal və final matçları isə 21:00-da (23:00) başlayacaq.

UEFA Super Kuboku uğrunda görüş saat 21:00-da (23:00) start götürəcək. Bu, avqustun 15-də Estoniyanın paytaxtı Tallində oynanılacaq matç üçün də keçərlidi.

Digər dəyişiklik transferlərlə bağlıdı. Belə ki, ÇL və AL-də qrup mərhələsi başa çatdıqdan sonra klublar avrokuboklarda çıxış etmək üçün 3 futbolçu sifariş edə biləcəklər. Yəni qışda transfer olunacaq 3 oyunçunun yeni komandasında iştirakına heç bir məhdudiyyət qoyulmayacaq.

1news.az

Paylaş:
660

Son xəbərlər

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12
Bütün xəbərlər