Şəhriyar Məmmədyarov iddiaçılar turnirini ikinci pillədə başa vurub | 1news.az | Xəbərlər
İdman

Şəhriyar Məmmədyarov iddiaçılar turnirini ikinci pillədə başa vurub

09:28 - 28 / 03 / 2018
Şəhriyar Məmmədyarov iddiaçılar turnirini ikinci pillədə başa vurub

Martın 27-də Berlində keçirilən şahmat üzrə iddiaçılar turnirinin 14-cü - sonuncu turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Vladimir Kramnik ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, qara fiqurlarla oynayan Ş.Məmmədyarov oyunun 54-cü gedişində rəqibi ilə heç-heçəyə razılaşıb və şahmatçılar hərəyə 0,5 xalla kifayətlənməli olublar. Bununla da şahmatçımız turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyub. Hər iki şahmatçının ilk dövrədəki qarşılaşması Ş.Məmmədyarovun qələbəsi ilə nəticələnmişdi. Bu görüşdən sonra hesabında 3 qələbə, 10 heç-heçə və 1 məğlubiyyət olan Azərbaycan şahmatçısı aktivindəki xalların sayını 8-ə çatdırıb.

Digər görüşdə rusiyalı Aleksandr Qrişuk Fabiano Karuananı (ABŞ) məğlub edəcəyi təqdirdə Ş.Məmmədyarov turnirin qalibi olacaqdı. Lakin həmin oyunda turnirin lideri olan Fabiano Karuana Aleksandr Qrişuku məğlub edərək birinciliyi əldən verməyib.

Tur çərçivəsində keçirilən Uesli So (ABŞ) - Levon Aronyan (Ermənistan) və Liren Dinq (Çin) - Sergey Karyakin (Rusiya) qarşılaşmalarında qalib müəyyənləşməyib.

Beləliklə, iddiaçılar turnirinə martın 27-də yekun vurulub. 14-cü turdan sonra aktivində 9 xal olan Fabiano Karuana turnirin qalibi olub. Şəhriyar Məmmədyarov yarışı 8 xalla ikinci, eyni xala malik olan Sergey Karyakin üçüncü pillədə başa vurub. Liren Dinq 7,5 xalla dördüncü olub. Vladimir Kramnik və Aleksandr Qrişuk 6,5 xalla beşinci-altıncı yerləri bölüşüblər. Uesli So 6 xalla yeddinci yerdə qərarlaşıb. Aktivində 4,5 xalı olan Levon Aronyan isə sonuncudur.

İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Berlin turnirinin qalibi olan Fabiano Karuana noyabrda Londonda dünya şahmat tacı uğrunda mübarizədə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə oynayacaq.

1news.az

Paylaş:
705

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər