Boksçularımız Avropa çempionatında 2 medal qazanıb | 1news.az | Xəbərlər
İdman

Boksçularımız Avropa çempionatında 2 medal qazanıb

13:45 - 02 / 04 / 2018
Boksçularımız Avropa çempionatında 2 medal qazanıb

Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı başa çatıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan millisi yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub.

Çempionatın sonuncu günündə yığmamızın üzvü Tayfur Əliyev (56 kq) rumıniyalı Robert Eusebi Jitarunu sınağa çəkib. Gərgin keçən final döyüşü rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə Avropa Oyunlarının mükafatçısı yarışı ikinci pillədə bitirib.

Qeyd edək ki, Əliyevdən öncə Məhəmməd Abdullayev (+91 kq) bürünc medalı rəsmiləşdirmişdi.

1news.az

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər