“Real”dan darmadağın, “Bavariya”dan əzmkar qələbə - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Real”dan darmadağın, “Bavariya”dan əzmkar qələbə - VİDEO

09:57 - 04 / 04 / 2018
“Real”dan darmadağın, “Bavariya”dan əzmkar qələbə - VİDEO

Dünən axşam keçirilən iki qarşılaşma ilə Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

1news.az-ın məlumatına görə, ilk oyun günündə “Yuventus” “Real”ı, “Sevilya” isə “Bavariya”nı qonaq edib.

Gecənin ən çox maraqla gözlənilər qarşılaşmasında “Yuventus” doğma meydanda böyük hesabla məğlub olub – 0:3. Ronaldonun dubl etdiyi görüşdə Marselo da fərlənməyi bacarıb.

Bu qələbə sayəsində “Real” cütün taleyini, demək olar ki, ilk matçda həll edib.

“Sevilya” – “Bavariya” qarşılaşması da qonaqların qələbəsi ilə başa çatıb – 1:2. Cütlüyün favoriti sayılan Almaniya təmsilçisi bu qələbə sayəsində cavab görüşü öncəsi böyük üstünlük qazanıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra, aprelin 11-də keçiriləcək.

Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

3 aprel

 

“Yuventus” – “Real” - 0:3

Qol: Ronaldo, 3, 64; Marselo, 72

Qırmızı vərəqə: Paulo Dibala, 66

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Turin, “Yuventus” stadionu

 

 “Sevilya” - “Bavariya” - 1:2

Qollar: Sarabria, 32 - Xesus Navas, 37 (avtoqol); Tiaqo, 68

Baş hakim: Daniele Orsata (İtaliya)

Sevilya, “Ramon Sançes Pisxuan” stadionu

1news.az

Paylaş:
828

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər