Azərbaycan çempionu öz ad günündə bıçaqlandı | 1news.az | Xəbərlər
İdman

Azərbaycan çempionu öz ad günündə bıçaqlandı

09:19 - 05 / 04 / 2018
Azərbaycan çempionu öz ad günündə bıçaqlandı

Bakının Nəsimi rayonu ərazisində boks üzrə Azərbaycan çempionu bıçaqlanıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, 1992-ci il təvəllüdlü Abdullayev Tamerlan Namiq oğlu iaşə obyektlərinin birində öz doğum gününü qeyd edib.

Həmin vaxt o, restoranda tanımadığı şəxslə mübahisə edib və restorandan bayıra çıxarılaraq bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. T.Abdullayev əməliyyat olunub. Həkimlərin verdiyi məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları hadisənin dəqiq səbəblərini araşdırır.

T.Abdullayev IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları üzrə 69 kq çəki dərəcəsində gümüş medal qazanıb. İdmançı 2013-cü il boks üzrə Avropa Çempionatında 1/4 finala çıxıb. 2013-cü ildə isə 69 kq çəki dərəcəsində boks üzrə ölkə çempionu adına layiq görülüb.

S.Xankişiyeva

 

 

Paylaş:
998

Son xəbərlər

Bütün xəbərlər