“Milan” Qattuzo ilə yeni müqavilə imzaladı | 1news.az | Xəbərlər
Futbol

“Milan” Qattuzo ilə yeni müqavilə imzaladı

23:37 - 05 / 04 / 2018
“Milan” Qattuzo ilə yeni müqavilə imzaladı

“Milan” rəhbərliyi komandanın baş məşqçisi Cennaro Qattuzo ilə bağlı qərar verib.

1news.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, gənc məşqçinin müqavilə müddəti 2021-ci ilin iyun ayına qədər uzadılıb.

İtaliya mətbuatı yeni müqavilənin şərtinə görə, Qattuzonun ilinə 2 milyon avro qazanacağını yazıb.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 1999-2012-ci illərdə “Milan”da çıxış edib. 2013-cü ildən məşqçiliyə başlayan veteran yarımmüdafiəçi ötən ildən “Milan”ı çalışdırır.

1news.az

Paylaş:
654

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər