Messidən növbəti rekord | 1news.az | Xəbərlər
İdman

Messidən növbəti rekord

19:07 - 08 / 04 / 2018
Messidən növbəti rekord

İspaniya futbol çempionatının 31-ci turunda "Barselona"nın argentinalı hücumçusu Leonel Messi "Leganes"in qapısına üç qol vurub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu, Messinin “katalonyalılar”ın heyətində 40-cı, karyerasında isə 45-ci het-trikidir.

Argentinalı bundan əvvəl 29 dəfə İspaniya çempionatında, 7 dəfə UEFA Çempionlar Liqasında, 3 dəfə “Kral” kubokunda və İspaniya super kubokunda het-triklə yadda qalıb. Leonel Messi bu sezon 30 matçda 29 qol vurub.

"Barselona" "Atletiko"nu 12 xalla qabaqlayır. Diego Simeonenin komandasının ehtiyatında bir oyunu var.

S.Xankişiyeva

 

Paylaş:
729

Son xəbərlər

Bütün xəbərlər