Azərbaycan Kubokunda ilk yarımfinal oyunlarının başlama saatı müəyyənləşib | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan Kubokunda ilk yarımfinal oyunlarının başlama saatı müəyyənləşib

19:24 - 09 / 04 / 2018
Azərbaycan Kubokunda ilk yarımfinal oyunlarının başlama saatı müəyyənləşib

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunlarının başlama saatı açıqlanıb.

1news.az-ın məlumatına görə, hər iki qarşılaşma aprelin 12-də keçiriləcək.

İlk görüş paytaxtda oynanılacaq. Belə ki, “Keşlə” “İnter Arena”da “Sumqayıt”ı qəbul edəcək. Bu matç başa çatdıqdan dərhal sonra isə “Qəbələ” ilə “Neftçi” münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, hər iki oyun "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Kuboku

Yarımfinal (ilk oyunlar)

12 aprel

16:00. “Keşlə” – “Sumqayıt”
“İnter Arena”

18:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

1news.az

Paylaş:
715

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər